Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2064/2025 09.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 352.1.12-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in Bakı şəhər Qaradağ rayon Polis İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 352.1.12-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin material mahiyyəti üzrə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan 16 sentyabr 2025-ci il tarixli İXP ******* №-li protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs MMC-nin balansında olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitəsi hesab edilən “Libherr LTM 1130.5 xüsusi” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC AZ1052, Baki şəhəri, ünvan 1 ünvanında yerləşir. Göründüyü kimi hüquqi şəxsin üzərinə qoyulmuş öhdəlik hüquqi şəxsin ünvanında həyata keçirilməli idi. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 352.1.12-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2064/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2064/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver