Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2065/2023 03.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 23 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 20 sentyabr 2023-cü il tarixdə, saat 18:28-də «Opel Astra» minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlanılmış, bu zaman onun bir il ərzində təkrarən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməsi faktı aşkar olunmuşdur. Buna görə də onun barəsində həmin gün saat 18:28 radələrində İXM-nin 327.2-ci və 333.2-ci maddələrinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YPX inspektoru, polis baş serjantı X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə, saat təxminən 18:28 radələrində xidmətdə olarkən «Opel Astra» minik markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılmışdır. O sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və ona törətdiyi əməlin inzibati xəta olduğunu bildirmiş, bu zaman sürücünün həm də alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Nəticədə sürücü Şəxs buna heç bir etiraz etmədiyi üçün yerindəcə alkoqol sərxoşluğu müayinəsindən keçirilmiş və onda 0.182 faiz alkoqol sərxoşluğu aşkar olunmuşdur. O öz izahatında onu da qeyd etmişdir ki, sürücü Şəxs İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 13 mart 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq 400 manat məbləğində cərimə edilmişdir. Nəticədə sürücü Şəxs barəsində 23 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirlərinin tətbiq eidlməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək göstərmişdir ki, ünvan 2 evdə ailəsi ilə birlikdə yaşayır. Evlidir, himayəsində bir azyaşlı uşağı var. ** SY *** dövlət qeydiyyat nişanlı «Opel Astra» markalı avtomobili ilə 20 sentyabr 2023-cü il tarixdə, saat 17 adələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində hərəkətdə olarkən YPX əməkdaşı onu saxlamış və onda alkoqol sərxoşluğu olduğu müəyyən edilmişdir. Belə ki, o həmin gün nəqliyyat vasitəsi idarə etməzdən iki-üç saat qabaq bir neçə bakal pivə içmiş, daha sonra təcili evə qayıtmalı olduğu üçün avtomoibli idarə etməli olmuşdur. O, səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu bildirmiş və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və Qaradağ RPİ-nin DYPŞ tərəfindən verilmiş qəbzdən aydın olur ki, 20 sentyabr 2023-cü il tarixdə, saat 17:06-da Şəxs 0.182 faiz alkoqol sərxoşluğu aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 20 sentyabr 2023-cü il tarixli, “Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi” aktından aydın olur ki, Şəxs məxsus “Opel Astra” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil həmin gün saat 17:12-də Qaradağ rayonu ərazisində yerləşən duracağa yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş 13 mart 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, Şəxs İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi Şəxs il ərzində təkrarən sərxoş vəziyyətdə avto nəqliyyat vasitəsini idarə etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla ona digər əsas cəza kimi cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2065/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2065/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver