Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2067/2022 19.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar "xxxx" MMC-nin qanuni təmsilçisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxx 1966-cı ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 19 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, MXMT(112)-220/2022 nömrəli icra sənədinə əsasən iddiaçı "xxxx" MMC-nin müvəqqəti xarakterli müdafiə barədə ərizəsi təmin edilmiş, iddia tələbinə baxılıb qurtaranadək Qaradağ rayonu “Sahil” əhəngdaşı yatağında "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi üzərində qazıntı, tikinti işlərinin aparılması və mişardaşı istehsalı üçüncü şəxslər X3 və Şəxs qadağan edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru R.İ.Mirzəpur tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, MXMT(112)-220/2022 nömrəli, icra sənədi üzrə icraata 10 avqust 2022-ci il tarixli qərarla başlanılmış və icra sənədinin icrasının təmin edilməsi məqsədilə həmin tarixdə tələbkarın nümayəndəsinin iştirakı ilə daş karxanasının yerləşdiyi mübahisəli əraziyə gedilmişdir. Həmin tarixdə tərəfindən mübahisəli ərazidə məhkəmə qərardadı borclulara elan edilmiş və rəsmi xəbərdarlıq da təqdim edilmişdir. Bununla bağlı akt tərtib edilmiş və aktın doğruluğu imzalarla təsdiqlənmişdir. Bundan sonra tərəf öz öhdəliklərini yerinə yetirəcəyinə dair izahatında qeyd etmiş və üzərinə düşən öhdəliklərini yerinə yetirmişdir. Bir müddətdən sonra "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi zərurəti yarandığından 23 avqust 2022-ci il tarixdə mütəxəssisin iştirakı ilə əraziyə baxış keçirilmiş və xüsusi texniki vasitələrin köməyi ilə həmin ərazinin koordinatları müəyyən edilmiş bu barədə akt tərtib edilmişdir. Daha sonra tələbkar dekabr ayının əvvəllərində Qaradağ rayon icra şöbəsinə müraciət edərək borclu tərəfindən icra sənədinin icrasından boyun qaçıraraq mübahisəli torpaq sahəsindən istifadə etdiyini bildirmişdir. İcra məmuru tərəfindən 05 dekabr 2022-ci il tarixdə həmin əraziyə yenidən baxış keçirilmiş, baxış keçirilən zaman borclu tərəfindən həmin torpaq sahəsində fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Bundan sonra borclu Şəxs icra şöbəsinə gəlməsi təklif olunsa da o, bundan imtina etmiş bu barədə akt tərtib olunaraq icra işinə əlavə edilmişdir. 18 dekabr 2022-ci il tarixdə həmin əraziyə yenidən baxış keçirilmiş və borclunun həmin ərazidə fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Məhkəmə qərarının icra edilməməsinə görə Şəxs icra şöbəsinə dəvət olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, lakin protokolu imzalamaqdan imtina etmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, MXMT(112)-220/2022 nömrəli icra sənədinin icra olunmasına səbəb olan Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, MXMT(112)-220/2022 nömrəli qərardad 29 sentyabr 2022-ci il tarixdə ona aid hissədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmuşdur. Bundan əlavə o, qeyd etmişdir ki, onun icra məmurunun qeyd etdiyi ərazidə hərrac yolu ilə əldə etdiyi 4 torpaq sahəsi vardır. Məhz hansı torpaq sahəsindən istifadənin ona müvəqqəti olaraq qadağan edilməsi barədə məhkəmənin müvafiq qərardadında heç bir qeyd mövcud deyil. Bundan əlavə izahatında qeyd etmişdir ki, icra məmuru tərəfindən ona fiziki zor tətbiq olunması barədə videogörüntülər mövcuddur. Belə ki, icra məmuru ona fiziki zor göstərməklə, ləğv olunmuş qərardada əsaslanaraq onu xüsusi mülkiyyəti olan torpaq sahəsindən çıxararaq məhkəməyə gətirmişdir. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin qanuni təmsilçisi X6 öz izahatında bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, MXMT(112)- 220/2022 nömrəli icra sənədinə əsasən iddiaçı "xxxx" MMC-nin müvəqqəti xarakterli müdafiə barədə ərizəsi təmin edilmiş, iddia tələbinə baxılıb qurtaranadək Qaradağ rayonu “Sahil” əhəngdaşı yatağında "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi üzərində qazıntı, tikinti işlərinin aparılması və mişardaşı istehsalı üçüncü şəxslər X3 və Şəxs qadağan edilmişdir. Bundan sonra 10 avqust 2022-ci il tarixdə onlar həmin ərazidəki fəaliyyətini dayandırmışdır. 23 avqust 2022-ci il tarixdə yenidən həmin ərazinin koordinatları müəyyən edilmişdir. 18 dekabr 2022-ci il tarixdə qeyd olunan ərazidə daş satışı həyata keçirilmişdir. Göstərilənləri nəzərə alaraq onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən ona təqdim olunmuş sənədlərdən məlum olur ki, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, MXMT(112)-220/2022 nömrəli qərardadı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 sentyabr 2022-ci il tarixli MXMT(103)-79/2022 nömrəli qərardadına əsasən Şəxs aid hisssədə ləğv edilmişdir. Qeyd olunan qadağanın yuxarı instansiya məhkəməsi tərəfindən aradan qaldırıldığını və həmin qərardadın ləğv olunmadığını nəzərə alaraq, hüquqlarını müdafiə etdiyi şəxs barəsində hazırki vaxtda tərtib olunmuş inzibati xəta haqqında protokolun əsassız hesab edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, MXMT(112)-220/2022 nömrəli icra sənədinə əsasən iddiaçı "xxxx" MMC-nin müvəqqəti xarakterli müdafiə barədə ərizəsi təmin edilmiş, iddia tələbinə baxılıb qurtaranadək Qaradağ rayonu “Sahil” əhəngdaşı yatağında "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi üzərində qazıntı, tikinti işlərinin aparılması və mişardaşı istehsalı üçüncü şəxslər X3 və Şəxs qadağan edilmişdir. İş materiallarında olan icraata başlama haqqında qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, MXMT(112)-220/2022 nömrəli icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün borclu “X9 X1” X10 göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, MXMT(112)-220/2022 tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan 10 avqust 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, iddiaçı "xxxx" MMC-nin müvəqqəti xarakterli müdafiə barədə ərizəsi təmin edilməli, iddia tələbinə baxılıb qurtaranadək Qaradağ rayonu “Sahil” əhəngdaşı yatağında "xxxx" MMCnin istifadəsində olan torpaq sahəsi üzərində qazıntı, tikinti işlərinin aparılması və mişardaşı istehsalı üçüncü şəxslər X3 və Şəxs qadağan edilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə mübahisəli karxanada olmuşlar. Qeyd olunan "xxxx" MMC-nin istifadəsində olan torpaq sahəsi üzərində fəaliyyət göstərən karxananın fəaliyyəti icra məmuru tərəfindən dayandırılaraq borclu Şəxs qadağan elan olunmuşdur. Digər borclu X3 məxsus ********** mobil nömrə ilə əlaqə saxlanılaraq qadağan elan olunmuşdur. Həmçinin icra məmuru tərəfindən borclulara məhkəmə qərarından boyun qaçırmağa görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət barədə məlumat verilərək rəsmi xəbərdarlıq təqdim edilmişdir. Qeyd olunanlarla bağlı akt tərtib olunmuş, akt ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edimişdir. İş materiallarında olan 23 avqust 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, iddiaçı "xxxx" MMC-nin müvəqqəti xarakterli müdafiə barədə ərizəsi təmin edilməli, iddia tələbinə baxılıb qurtaranadək Qaradağ rayonu “Sahil” əhəngdaşı yatağında "xxxx" MMCnin istifadəsində olan torpaq sahəsi üzərində qazıntı, tikinti işlərinin aparılması və mişardaşı istehsalı üçüncü şəxslər X3 və Şəxs qadağan edilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə "xxxx" MMC-nin koordinatlarının müəyyən edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "xxxx" MMC-nin mütəxəssisi tərəfindən xüsusi texniki vasitənin köməyi ilə koordinatlar müəyyən edilmiş və şəkilləri çəkilmişdir. İş materiallarında olan 05 dekabr 2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, MXMT(112)-220/2022 tarixli icra sənədinin icrası ilə bağlı "xxxx" MMC-nin istifadəsində olan Qaradağ rayonu “Sahil” əhəngdaşı yatağında olan torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zaman müəyyən olunmuşdur ki, borclular X3 və Şəxs mübahisəli torpaq sahəsi üzərində mişardaşı istehsalı ilə fəaliyyət göstərərək qoyulmuş qadağanın tələblərini pozmuşdur. Borclulara icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsi barədə qanunvericiliyin tələbləri izah edilməklə xəbərdarlıq edilmişdir. Qeyd edilən icra sənədi üzrə borclu Şəxs və Ağaddin Məmmədov icra şöbəsinə dəvət edilmiş lakin borclular icra şöbəsinə getməkdən imtina etmişlər. Borclular həmin mübahisəli ərazidə fəaliyyətlərini dayandırmayacaqlarını bildirmişlər. Qeyd olunanlarla bağlı akt tərtib olunmuş, akt ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq edimişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, MXMT(103)-79/2022 nömrəli qərardadından görünür ki, üçüncü şəxs Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, MXMT(112)-220/2022 tarixli qərardadı qismən ləğv edilmiş, ərizəçi "xxxx" MMC-nin müvəqqəti xarakterli müdafiə barədə ərizəsi üçüncü şəxs Şəxs aid hissədə rədd edilmiş, qərardad qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icraat məcburi olaraq dayandırılır. Həmçinin qeyd olunan Qanunun 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, MXMT(103)-79/2022 nömrəli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, MXMT(112)-220/2022 tarixli qərardadı qismən ləğv edilmiş, ərizəçi "xxxx" MMC-nin müvəqqəti xarakterli müdafiə barədə ərizəsi üçüncü şəxs Şəxs aid hissədə rədd edilmişdir. Qeyd olunan qərardaddan kassasiya qaydasında şikayətin verilməsi barədə məhkəməyə heç bir sübut təqdim olunmadığından, məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, MXMT(103)-79/2022 nömrəli qərardadının qanuni qüvvəsini aldığını nəzərə alaraq, hesab edir ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməli olduğu halda Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunması məqbul deyildir. Odur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2067/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2067/2022
19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver