Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2068/2023 17.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan EP ******* №-li 28 sentyabr 2023-cü il tarixli protokoldan aydın olur ki, Şəxs MMC 106995.00 ABŞ dolları məbləğində vəsaiti 22 sentyabr 2021-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 106995.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 sentyabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 Şəxs MMC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi hüquqi şəxs Şəxs MMC 2021-ci ildə “X3” şirkətindən şüşə lifi və ondan hazırlanmış məmulatlar sifariş vermiş, həmin mallar 28 və 29 oktyabr 2021-ci il tarixlərdə ölkəyə daxil olmuş, Bakı Baş Gömrük İdarəsi və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş və müvafiq ödənişlərin edilməsi ilə bağlı sənədlər “Bank BTB”-nin «Promo» filialına göndərilmişdir. Lakin filial əməkdaşlarının məsuliyyətsizliyi ucbatından həmin sənədlər Məkrəzi Banka təqdim edilməmişdir. Daha sonra “Bank BTB”-nin «Promo» filialı 2022-ci ilin may ayında ləğv edilmişdir. 2023-cü ilin may ayında avans ödənişlər ilə bağlı sənədlər “Bank BTB”-nin Azadlıq filialına göndərilmiş, orda müəyyən edilmişdir ki, müvafiq ödənişlərin edilməsi ilə bağlı bank tərəfindən lazımi əməliyyatlar vaxtında aparılmamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı işi tam araşdırmadan, xaricə köçürülən pul vəsaitinin ölkəyə qaytarılması vəziyyətini müəyyən etmədən inzibati protokol tərtib etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati protokolu tərtib edərkən inzibati xəta haqqında iş üzrə icraat aparılan şirkəti işin araşdırılması üçün dəvət etməmiş, şirkətin nümayəndəsinin mövqeyi dinlənilməmiş, izahatı alınmamışdır. Belə olan halda xaricə köçürülən pul müqabilində iki il müddətində mallar ölkəyə idxal edildiyinə görə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir, yəni inzibati xəta hadisəsi olmamışdır. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, "Polmet» MMC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə "Polmet» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və “Bank BTB”-nin Azadlıq Filialı tərəfindən təsdiq edilmiş 28 oktyabr 2021-ci il tarixli və 29 oktyabr 2021-ci il tarixli gömrük bəyannamələrindən aydın olur ki, “X3” şirkətindən müvafiq olaraq hündürülüyü 80 mm və ya daha çox, lakin 220 mm-dən çox olmayan şvellər və şüşə lifi və ondan hazırlanmış məmulatlar ölkəyə daxil olmuşdur. Həmin mallar Bakı Baş Gömrük İdarəsi və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. Belə olan halda xaricə köçürülən pul müqabilində 2 il müddətində malların böyük həcmi ölkəyə idxal edildiyinə və qalıq məbləğ müəyyən edilmiş həddi keçmədiyinə görə "Polmet» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2068/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2068/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver