Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2072/2025 07.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2164/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 11716 aliment borcunun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-88/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa 117 (bir yüz on yeddi) manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 qızına ödənilməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2164/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşağa 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. İcra sənədləri icraata daxil olduqdan sonra tələbkar ərizə ilə müraciət edərək aliment hesablanmasının icra sənədlərində göstərilən vaxtdan deyil, xx.xx.2020-ci il tarixdən hesablanmasını xahiş etmişdir. Tərəflər arasında aliment borcunun aylıq hissə-hissə ödənilməsi barədə razılıq əldə olunmuş, borclu ilk öncə qismən ödənişlər etsə də sonradan icra sənədinin icrası ilə bağlı addım atmamışdır. Hazırki tarixə onun borcu 11716 manat təşkil edir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, borclunun rəsmi iş yeri yoxdur, ailə başçısını itirməyə görə pensiya alsa da, qanunvericiliyə uyğun olaraq həmin ödənişə icra sənədi üzrə tutma yönəldilməsi mümkün olmamışdır. Borclu sonuncu dəfə bu ilin iyun ayında ödəniş etmişdir. Tələbkarın son dörd ay ödəniş etməməsi ilə bağlı müraciəti ilə bağlı borclunun izahatı alınan zaman sonuncu tələbkarın uşaqları ilə görüşünə maneçilik törətməsi bağlı alimenti ödəmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli hesab etmir. Bu ilin may ayı tələbkarla ayda 350 manat məbləğində ödəniş etməsi ilə bağlı razılığa gəlmişlər. Bundan sonra o, may ayında 300 manat, iyun ayında isə 1020 manat ödəniş etmişdir. Bildirir ki, həmin ödənişləri həyata keçirdikdən sonra tələbkarla aralarında söz-söhbət olmuş, onlar münaqişə etmişlər. Həmin vaxtdan, yəni münaqişə yaşadıqdan sonra uşaqları onunla görüşmək istəmir. Hesab edir ki, tələbkar uşaqlarının onunla görüşünə mane olur, uşaqlarda ona qarşı nifrət hissi oyadır. Aliment borcunu ödəməməsi maddi vəziyyəti ilə bağlı deyildir. Tələbkar uşaqları ilə görüşünə şərait yaratdığı təqdirdə həmin borcunu hissə-hissə ödəyə bilər. Sonda o, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir, əlilliyi olmayan şəxsdir. Hazırki iclasda isə heç bir ödəniş edə bilmir. Məhkəmə iclasında tələbkar X10 bildirmişdir ki, borclu aralarında əldə olunmuş razılığa əsasən may ayında 300 manat, iyun ayında isə 1020 manat ödəniş edib. Lakin bundan sonra Elşad onunla pis rəftar etməyə başlamış, içkili vəziyyətdə gəlib onları narahat etmiş, uşaqlar da qorxduğu üçün onunla görüşmək istəməmişlər. Məhkəmə qərarına əsasən uşaqlarla həftədə bir gün görüş müəyyən edilsə də o, uşaqlarının ataları ilə görüşünə istənilən vaxt şərait yaratmışdır. Qonşuları da buna şahiddirlər. Bildirmək istəyir ki, bir uşağı İİİ qrup əlil olmaqla müalicəyə ehtiyacı vardır, böyük qızı isə məktəblidir. Uşaqlarının maddi təminatının ödənilməsinə gücü çatmır. Borclu sonuncu dəfə iyun ayında ödəniş etdikdən sonra ona sənin görüb görəcəyin elə bu puldur demiş, bir daha ödəniş etməyəcəyini bildirmişdir. Borclu barəsində şikayətçi olduğunu bildirərək aliment borcunun tam ödənilmədiyi təqdirdə onun barəsində sərt inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında borclunun hissə-hissə ödənişlərini nəzərə alaraq aliment ödənişlərinin həyata keçirə bilməsi üçün ona şərait yaradılmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-88/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.2016-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa 117 (bir yüz on yeddi) manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Nizami Rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-88/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-88/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunmuş, bu müddətdə tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı, məhkəmə və ya digər orqanlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi vəya müvafiq qərarın icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət yaratması barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2164/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay bir uşağa 117 (bir yüz on yeddi) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2164/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2164/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbin dərhal icra etməsi xahiş olunmuş, bu müddətdə tələbin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı, məhkəmə və ya digər orqanlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslərin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıması barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli bir neçə icra sənədinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Elşad Ramiz oğlundan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-88/2017 nömrəli, xx.xx.2017ci il tarixli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2164/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədlərinə əsasən Qaradağ rayon İcra Şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 150172/20 № ilə birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-88/2017 nömrəli, xx.xx.2017-ci il tarixli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 2164/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs hazırki tarixədək 11716 borcun tələbkarın xeyrinə ödənişini həyata keçirməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs aliment ödənişlərindən qərəzli şəkildə yayınması nəticəsində hazırki tarixədək 11716 aliment borcu yaranmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, borcun ödənişinə tamamilə laqeyd yanaşaraq ödəniş etməmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə tələbin icrası ilə bağlı məcburi icra tədbirləri həyata keçirilmiş, borclunun rəsmi iş yeri, mülkiyyətində daşınar-daşınmaz əmlakların olub-olmaması məqsədilə müvafiq sorğular verilsə də borclunun tələbin yönəldilə biləcəyi hər hansı gəlirinin, mülkiyyətində əmlakının olması müəyyən edilməmişdir. Borclu dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Bundan başqa məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında da aliment borcunun ödənilməməsini maddi vəziyyəti ilə deyil, tələbkarın uşaqlarını ona qarşı öyrətməsi, onlarla görüşünə maneçilik törətməsi ilə əlaqələndirmiş, ona vaxt verildiyi təqdirdə üç aylıq aliment borcu məbləğində ödəniş həyata keçirəcəyini bildirmişdir. Məhkəmə tərəfindən borcluya aliment ödənişinin həyata keçirməsi ilə bağlı şərait yaradılması məqsədilə məhkəmə iclası növbəti tarixə təxirə salınsa da sonuncu tələbkarın xeyrinə heç bir ödəniş həyata keçirməmişdir. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, borclunun hərəkətləri icra sənədinin icrasının və bununla bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz səbəblərdən qərəzli yayınma kimi qiymətləndirilməlidir. İş üzrə müəyyən olunur ki, Şəxs aliment ödənişlərindən qərəzli şəkildə yayınması nəticəsində hazırki tarixədək 11716 aliment borcu yaranmış, tələbkar isə şikayətçi olmaqla borcun tam şəkildə ödənilməsini tələb etmişdir. Məhkəmə icra məmurunun izahatında qeyd etdiklərini, gələcəkdə də borclunun aliment ödənişlərinə davam etməsi barədə vədinin az inandırıcı olduğunu, Şəxs törətdiyi inzibati xətanın hallarını, onun hazırki tarixə yığılmış borcun məbləğini, tələbkarın şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin azadlığının fakitiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 oktyabr 2025ci il tarixdən hesablanmalıdır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 4 saata görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 07 oktyabr 2025-ci il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 4 saata görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2072/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2072/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver