Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2073/2022 20.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş 20 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16 noyabr 2022-ci il tarixdə, Qızıldaş qəsəbəsi, 8 saylı yataqxanada vətəndaş Solmaz Abbasovanı döyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin polis sahə rəisi, polis mayoru X3 öz izahatında tərtib etdiyi protokolu Qaradağ RPİ-nin 38-ci PB-nın baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş 26 noyabr 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərar əsasında tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında heç bir inzibati pozuntu törətmədiyini, X2 adlı şəxsi döymədiyini, ona böhtan atıldığını və bununla bağlı polisdə heç bir araşdırma aparılmadığını göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğundan protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında vətəndaş Şəxs yuxarıda qeyd olunan inzibati xətanı törətməsinə dair hər hansı bir sübut aşkar edilməmişdir. O cümlədən hazırkiı məhkəmə iclasında X2 zərərçəkmiş şəxs olmaqla, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməsi zərurəti yaransa da, həmin şəxsin məhkəməyə gətirilməsi təmin edilmədiyindən məhkəmə prosesi keçirilə bilməz. Belə ki, İXM-nin 39.1-ci maddəsininin tələbinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Göründüyü kimi hazırki iş üzrə tərəflərinin barışıb-barışmamasını müəyyən etmək mümkün olmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinə geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2073/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2073/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver