Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-208/2021 13.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Özbəkistan Respublikasının Sırdərya Vilayətinin, Sırdərya rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 206-cı maddəsi ilə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» təhqiqatçı Qüdrət Əliyevin xx xxxxxx 2020-ci il tarixli qərarından və xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə - qurudulmuş marixuananı özündə saxlamaqla daşımış və müayinə zamanı onun sidiyində THC (marixuana) aşkar edilmişdir . İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixində saat 01:30 radələrində herbi rejimlə bağlı Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 719 №-li postunda əməkdaşlar tərəfindən Fort –Tranzit markalı ** HD *** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılaraq yoxlama aparılmış, yoxlama zamanı avtomobilin saxlanc yerindən “Vest” markalı siqret qutusun içərisindən 01 ədəd siqaretə doldurulmuş 0,254 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş və nəticədə həmin avtomaşının sürücüsü X4 və sərnişinləri Şəxs, X1 RPİ-nin 11-ci polis bölməsinə dəvət olunmuş və bölmədə sonuncuların izahatı alınmışdır. Şəxs izahatında bildirmişdir ki, həmin narkotik vasitəni tanımadığı şəxsdən 5 manat müqabilində almışdır. Sonra isə onu müayinə üçün Respublika Narkoloji Mərkəzinə aparmış və müayinə zamanı onun sidiyindən THC (marixuana) aşkar edilmişdir. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarında olduğuna görə onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsinə dair xx xxxxxx 2020-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında da inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Mingəçevir şəhərində kafelərin birində Dilqəmlə Samiri gözləyirmiş. Həmin vaxt tanımadığı bir nəfər şəxs yanında oturmuş, təsadüf söhbət zamanı yollarda çox yorulduğunu, bədənində ağrılar olmasını bildirmiş, tanımadığı şəxs isə narkotik vasitə olan marixuana qəbul etdikdə yorğunluğun olmamasını, bədəndəki ağrıların aradan qalxmasını bildirmişdir. O, həmin şəxsə inandığını, tanımadığı şəxsdən 5 manat müqabilində bir siqaretə doldurulmuş marixuananı almışdır. Marixuana ilə doldurulmuş bir ədəd siqareti Vest siqaret qutusuna qoymuşdur. Bir qədər sonra Dilqəmgil gəlmiş, onlar birlikdə Bakı şəhəri istiqamətinə hərəkətdə olmuşdurlar. Yolda gələrkən içərisində narkotik vasitə olan siqaret qutusunu maşının saxlanc yerinə qoymuş, bu barədə Dilqəm və Samirə heç bir məlumat verməmişdir. xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, ərazisində yerləşən DYP postunda komendant rejimi ilə bağlı saxlanılaraq yoxlama aparılan zaman öz istifadəsi üçün beş manata əldə edərək içərisində olduğu avtomaşının saxlanc yerində gizlətdiyi narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən götürülmüşdür. Əlavə olaraq aldığı narkotik vasitəni istifadə etmək məqsədilə saxladığını, heç kimə satmaq, yaxud vermək məqsədinin olmadığını bildirmişdir. Son olaraq törətdiyi əməldən peşman olduğunu bildirməklə barəsində həbslə bağlı olmayan qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 11-cı Polis şöbəsinin təhqiqatçısı Qüdrət Əliyevin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 11-ci PB-nə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 7/741 nömrəli rəyindən görünür ki, Ford-Tranzit markalı **-HD-*** dövlət nömrə nişanlı avtomaşından aşkar edilmiş 01 ədəd siqaretdə 0.254 qram çəkidə narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana vardır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72,00 (yetmiş iki ) manatdır. Maddi sübut kimi tanıma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Ford-Tranzit markalı **-HD-*** dövlət nömrə nişanlı avtomaşından aşkar olunaraq götürülmüş, üzərində ekspertiza tədqiqatı aparıldıqdan sonra qalığının ümumi xalis çəkisi 0.234 qram narkotik vasitə qurudulmuş marixuana bir ədəd zərfdə qablaşdırılmış və möhürlənmiş halda material üzrə maddi sübut kimi tanınmış və toplanmış materiala əlavə olunmuş, üzərində ekspertiza tədqiqatı aparıldıqdan sonra qalığının ümumi xalis çəkisi 0.254 qram narkotik vasitə marixuana bir ədəd zərfdə qablaşdırılmış və möhürlənmiş halda saxlanılması üçün Qaradağ RPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi Ambulator X2 haqqında xx.xx.2020-ci il tarixli 3019 nömrəli rəyindən görünür ki, Şəxs çətənə bitkisi preparatlarından istifadə etmə halı olmuş, lakin hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibi müayinənin keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli, 803 nömrəli aktından görünür ki, Şəxs sidikdə THC (marixuana) aşkar edilmişdir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 77.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul etməlidir; 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxslərin, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut - Bakı şəhəri Qaradağ rayon Polis İdarəsində saxlanılan 0,254 qram narkotik vasitə olan – qurudulmuş marixuana məhv edilsin. Şəxs ekspertiza tədqiqatlarının ümumi dəyərindən ibarət 72,00 (yetmiş iki manat) manat məhkəmə məsrəflərindən tam şəkildə azad edilsin və həmin məbləğ Dövlət Büdcəsi vəsaiti hesabından ödənilsin Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-208/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-208/2021
13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver