Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2083/2023 06.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1 müraciətinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: X3, Qaradağ Rayon Məhkəməsinə müraciət edərək qardaşı X2 barəsində tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, nömrəsiz inzibati tənbehvermə haqqında qərarın araşdırılıb hüquqi qiymət verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə, müraciəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görsənir ki, X3 məhkəməyə qardaşının adından müraciət edərək X2 barəsində tərtib edilmiş 10 avqust 2023-cü il tarixli, nömrəsiz inzibati tənbehvermə haqqında qərarın araşdırılıb hüquqi qiymət verilməsinə köməklik göstərilməsini xahiş xahiş etmiş, lakin şikayət ərizəsinə müvafiq qaydada təsdiq edilmiş etibarnamə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2083/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2083/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver