Məhkəmə qərarları › İş №3(002)-2085/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2085/2020

01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2085/2020 01.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, ünvan 1 km ünvanında qeydiyyatda olan “xxxx” ASC barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : «xxxx” ASC barəsində Qaradağ RPİ-nin DYPŞ-si tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan AP ******* №-li xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, «xxxx” ASC inzibati xətanın törədilməsi zamanı mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatı müvafiq səlahiyyətli orqana, bu barədə sorğu daxil olduğu vaxtdan 05 (beş) gün müddətində verməmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə «xxxx” ASC-yə və Qaradağ rayon Polis İdarəsinə rəsmi məlumat verilsədə inzibati xəta törətmiş şəxs və nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, “xxxx” ASC barəsində başlanmış inzibati materiala xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən aydın olur ki, “xxxx” ASC-yə məxsus “Qaz 330202 218” yük markalı 90JN492 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta törədərək İXM-nin 339.1-1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin pozuntuya görə “xxxx” ASC barəsində AP ******* saylı xx xxxxxxxx 2020-ci il tarixli protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş GP ******* saylı xx xxxxxx 2020-ci il tarixli qərardaddan isə aydın olur ki, “xxxx” ASC barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli AP ******* saylı protokol üzrə İXM-nin 347-ci maddəsi ilə başlanmış inzibati materialın baxılması üçün məhkəməyə göndərilməsi qərara alınmışdır. Göründüyü kimi “xxxx” ASC barəsində protokol xx xxxxxxxx 2020-ci il tarixdə tərtib edilsə də, həmin materialın xx xxxxxx 2020-ci il tarixdə, yəni inzibati xətanın baş verdiyi gün məhkəməyə göndərilməsi qərara alınmış və həmin qərardadda da protokolun tarixi qeyri-müəyyən olaraq xx xxxxxx 2020-ci il, nömrəsi isə AP ******* kimi göstərilmişdir. Bundan başqa iş materiallarına “xxxx” ASC-yə, hadisə baş verdikdən sonra istər qeyd olunan avtomobilin sürücüsü barədə məlumatların verilməsinə dair, istərsə də “xxxx” ASC barəsində tərtib ediləcək protokolun yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada hər hansı bir məlumat verilməmiş və iş materiallarına bu barədə heç bir sübut da əlavə edilməmişdir. Göründüyü kimi “xxxx” ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla formal olaraq tərtib edilmişdir. Bundan başqa İş materillarına əlavə edilmiş bir ədəd xəbərnamədən isə “xxxx” ASC-nin hansı tarixdə hansı məzmunlu məktubu almasını müəyyən etmək mümkün deyildir. Belə ki, bu barədə iş materiallarına heç bir sənəd (ona hansı məzmunlu göndərilmiş məktubun surəti və reyestrdən çıxarış) əlavə edilməmişdir. Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə yuxarıda qeyd olunan nöqsanların düzəldilməsi məqsədilə material Qaradağ RPİ-nə geri qaytarılsa da, heç bir tədbir görülmədən material olduğu kimi formal qaydada məhkəməyə baxılması üçün yenidən göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətinə verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs “xxxx” ASCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : “xxxx” ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar