Məhkəmə qərarları › İş №3(002)-2085/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2085/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2085/2023 04.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 03 avqust 1985-ci ildə Rusiya Federasiyasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, azərbaycanlı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Şəki Apellyasiya Məhkəməsininnin 2(107)-658/2017 saylı, 13 aprel 2017-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Şəki Apellyasiya Məhkəməsininnin 2(107)- 658/2017 saylı, 13 aprel 2017-ci il tarixli icra vərəqəsinə əsasən, tərəflərin birgə nikahından olan uşaqları 05 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 21 dekabr 2015-ci il tarixdən başlayaraq Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 117 manat sabit pul məbləğinin tutulması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 25 aprel 2023-cü il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən indiyədək 7540 manat aliment borcu ödənilsə də 2287 manat aliment borcu qalmışdır. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 04 oktyabr 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, hazırki məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar Zərərçəkmiş şəxs məlumat verilsə də tələbkar işdə olduğundan məhkəməyə gələ bilməyəcəyini göstərmişdir və yaranmış aliment borcunun ödənillməsini tələb etdiyini bildirmişdir. Tələbkar Zərərçəkmiş şəxs 04 oktyabr 2023-cü il tarixdə Qaradağ rayon Məhkəməsinə elektron ərizə ilə müraciət edərək Şəxs ona ödənilməmiş aliment borcunun 1500 manat təşkil etdiyini, aliment borcunu tələb etdiyini, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və inzibati işə onun işitrakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır və indiyədək aliment borcunu aybaay ödəmişdir. Hal-hazırda borcluya hər hansı bir aliment borcu yoxdur. Belə ki, Rusiya Federasiyasının Samara vilayətində yaşayarkən ölkəyə qayıtmaq üçün yaranmış bütün aliment borunu ödəmiş və İcra Şöbəsindən aldığı 04 fevral 2022-ci il tarixli arayışda da onun tələbkar Zərərçəkmiş şəxs hər hansı aliment borcunun olmadığı qeyd edilmişdir. O Rusiya Federasiyasından 2022-ci ilin martında qayıtdığını və ölkəyə gəldikdən sonra da aliment borclarını vaxtlı-vaxtında ödədiyini bildirmişdir. İcra məmurununun protokolda qeyd etdiyi aliment borcunun haradan yaranması və necə hesablanması ona məlum deyildir. O bütün aliment borclarını vaxtlı-vaxtında tələbkarın hesabına poçt vasitəsilə ödədiyini, halhazırda rəsmi heç bir yedə işləməməklə fərdi əməklə məşğul olduğunu, həqiqətən borcu olacağı təqdirdə həmin borcu ödəməkdən boyun qaçırmadığını bildirərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu qeyri-rəsmi qaydada fərdi əməklə məşğu olur və aliment borclarını vaxtlı-vaxtında ödəyir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra məmuru borclu Şəxs halhazırda yaranmış aliment borcunun 2287,67 manat olduğunu, tələbkar isə 1500 aliment borcunun yarandığını bildirmişdir. Göründüyü kimi borclunun hal-hazırki vaxtda aliement borcunun real olaraq nə qədər təşkil etməsi icra məmuru tərəfindən tərəflərin iştirakı ilə araşdırılmamışdır. Bundan başqa məhkəmə iclasında iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal da müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı borclunun məhkəməyə təqdim etdiyi 04 fevral 2022-ci il tarixli Rusiya Federasiyasının Samara vilayətinin məhkəmə qərarlarının icrası şöbəsinin arayışından da aydın olur ki, borclu Şəxs 04 fevral 2023-cü il tarixədək gecikmiş aliment borcları tam olaraq ödənilmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar