Məhkəmə qərarları › İş №3(002)-209/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-209/2021

13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-209/2021 13.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, 28.09.1976-cı il tarixdə Ermənistan, Amasya rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 13.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-9109/2016 saylı, 21.11.2016-cı il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-9109/2016 saylı, 21.11.2016-cı il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-9109/2016 saylı, 21.11.2016-cı il tarixli icra vərəqəsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Şəxs arasında bağlanmış 15.12.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin ləğv olunması, cavabdehlər Şəxs, X1, X3 və X5 müştərək qaydada 14.220,77 ABŞ dolları məbləğində əsas, 1.808,53 ABŞ dolları məbləğində faiz, 117.83 ABŞ dolları məbləğində cərimə, cəmi 16.147.13 (on altı min yüz qırx yeddi dollar, on üç sent) ABŞ dolları (ödəmiş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla ) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-9109/2016 saylı, 21.11.2016-cı il tarixli icra vərəqəsi Nərimanov rayon İcra şöbəsinə göndərilmiş və 06 yanvar 2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Bu səbəbdən də Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-9109/2016 saylı, 21.11.2016-cı il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-1186/2017 saylı qərardadına əsasən Şəxs mülkiyyətində olan “İSUZU” yük markalı (buraxılış ili- 1998, Şassi- JAMKP34G4X7P00239, rəngi ağ,) ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu Şəxs yaşayış yerini dəyişdiyi səbəbindən 16 mart 2020-ci il tarixdə Bakı şəhər Nərimanov rayon İcra və probasiya Şöbəsi tərəfindən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-9109/2016 saylı, 21.11.2016-cı il tarixli icra sənədi üzrə hərəkətlərin davam etdirilməsi üçün materialın Bakı şəhər Qaradağ Rayon rayon İcra və probasiya Şöbəsinə göndərilməsi barədə qərar qəbul olunmuşdur. İcra sənədi 08.04.2020-ci il tarixdə şöbənin icratına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. 03.11.2020-ci il, və 12.01.2021-ci il tarixlərdə borclu Şəxs icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və izahatında İSUZU” yük markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin heç vaxt onun istifadəsində və mülkiyyətində olmadığını, yaranmış borc üzrə 2200 ABŞ Dolları və 2000 manat tələbkarın xeyrinə ödədiyini və qalan borcunun da tələbkarın xeyrinə hissəhissə ödəyəcəyini bildirmişdir. Borcluya icra sənədi üzrə borcunun tam ödənilməsi ilə bağlı dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq icranı tam təmin etməmişdir. Bu günə olan borc məbləği 12770,66 ABŞ dolları təşkil edir. Bununla da Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş 2(005)-9109/2016 saylı, 21.11.2016-cı il tarixli icra sənədi üzrsüz səbəbdən icra olunmamış və borclu tərəfindən 12770,66 ABŞ dolları ödənilməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 13.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-9109/2016 saylı, 21.11.2016-cı il tarixli icra sənədinə əsasən yaranmış ümumi 16.147.13 (on altı min yüz qırx yeddi dollar, on üç sent) ABŞ dolları borcunu maddi imkanı aşağı olduğundan tam ödəmək iqtidarında olmamış, yalnız maddi imkanı çatdığı həddə ümumilikdə 2200 ABŞ dolları və 2000 manat ödəmişdir. İcra sənədi üzrə borclu olduğunu qəbul edir və icra sənədi üzrə öhdəliyini icra etmək niyyətindədir. Qalıq qalan borcunu da hissə-hissə tələbkarın xeyrinə ödəyəcəkdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-9106/2016 saylı, 21.11.2016-cı il tarixli icra vərəqəsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Şəxs arasında bağlanmış15.12.2014-cü iltarixli, ********* nömrəli kredit müqaviləsinin ləğv olunması, cavabdehlər Şəxs, X1, X3 və X5 müştərək qaydada 14.220,77 ABŞ dolları məbləğində əsas, 1.808,53 ABŞ dolları məbləğində faiz, 117.83 ABŞ dolları məbləğində cərimə, cəmi 16.147.13 (on altı min yüz qırx yeddi dollar, on üç sent) ABŞ dolları (ödəmiş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla ) və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 06.01.2017-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-9106/2016 saylı, 21.11.2016-cı il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borcluya göndərilmişdir Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-1186/2017 saylı, 27.09.2017-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-9106/2016 saylı, 21.11.2016-cı il tarixli icra vərəqəsinin icrasının təmin etmək məqsədi ilə borclu Şəxs mülkiyyətində olan “İSUZU” yük markalı (buraxılış ili- 1998, Şassi- JAMKP34G4X7P00239, rəngi ağ,) ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra işinin nömrəsi 2171/2017-34-16 olan portaldan çıxarışdan görünür ki, Şəxs himayəsində 10.06.2009-cu il təvəllüdü, 28.02.2007-ci il təvəllüdlü, 07.11.2005-ci il təvəllüdlü 3 azyaşlı övladı var. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 10 dekabr 2020-ci il tarixli 1***-*******92 nömrəli, 10.11.2020-ci il tarixli 1***-*******12 nömrəli, 20.02.2020-ci il tarixli 1***-*******07 nömrəli, 11.01.2021-ci il tarixli 1***-*******09 nömrəli qəbzlərdən görünür ki, borclu Şəxs icra sənədi üzrə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ümumilikdə 200 ABŞ dolları və 1500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-9106/2016 saylı, 21.11.2016-cı il tarixli icra vərəqəsinin icrasını təmin etməmişdir. Habelə hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), himayəsində biri azyaşlı olmaqla üç uşağının olmasını (İXM 32.2), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar