Məhkəmə qərarları › İş №3(002)-209/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-209/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-209/2025 19.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X1 iştirakı ilə, X2 Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 25071590 nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 25071590 saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayət vermiş şəxs X3 rəsmi məlumat göndərilmiş, o, məhkəmə iclasına gələ bilməyəcəyini və iclasın onun iştirakı olmadan keçirilməsini bildirmişdir. Məhkəmə hazırki iclasın şikayət vermiş şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X4 çıxışında bildirmişdir ki, şikayətçi X5 tərəfindən ona tətbiq edilmiş cərimə tərəfindən könüllü olaraq ödəmiş və törətmiş olduğu inzibati xətanın görüntüləri onun ünvanına və məhkəməyə təqdim edilmişdir. Qanuni və əsaslı olduğundan qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25071590 saylı qərarla şikayətçi X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən 80 manat məbləğində cərimə edilmişdir. İşə əlavə olunmuş fotoşəkillərdən görünür ki, “Mercedes Benz” C220 CDİ markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanma-durma qaydalarını pozmuş və foto qeydiyyat funksiyasına malik texniki vasitə tərəfindən qeydə alınmışdır. Belə ki, şikayətçi X5 xx.xx.2024-cü il tarixdə Mercedes Benz C220 CDİ markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmış, nəticədə inzibati xəta hadisəsini törətmişdir. Bundan əlavə məhkəmə iclasında müəyyən olunmuşdur ki, şikayətçi təyin olunmuş cəriməni könüllü şəkildə ödəmişdir. Bu isə öz növbəsində məhkəmə tərəfindən xətanın törədilməsinin etirafı kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 25071590 saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 25071590 saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar