Məhkəmə qərarları › İş №3(002)-2093/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2093/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2093/2022 21.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1991-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsi tərəfindən Şəxs Binəqədi rayon Məhkəməsinin 2(001)- 3667/2020 saylı, 20 avqust 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X8 protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi rayon məhkəməsinin 2(001)-3667/2020 saylı, 20 avqust 2020-ci il tarixli icra vərəqəsinə əsasən, 08 oktyabr 2013-cü il təvəllüdlü X5 və 23 may 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməsi, aliment məbləğinin 17 iyun 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu indiyədək aliment borcundan heç bir ödəniş etməmişdir. Buna görə də indiyədək 5100 manat aliment hesablanmışdır. Bundan başqa borclu ilə tələbkar 2020-ci ilin avqust ayından rəsmi qaydada boşansalar da 2021-ci ilin sentyabr ayınadək birlikdə yaşamışlar. Buna görə də aliment borcu tərəflərin razılığı ilə 2021-ci ilin sentyabrdan hesablamışdır. Borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 21 dekabr 2022-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda borclu tələbkar ilə öz aralarında razılığa gəlmişlər və bu barədə də tələbkar ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 öz izahatında bildirmişdir ki, borclu tərəfindən aliment borcundan bu günədək heç bir ödəniş edilməmişdir. Biri xəstə olmaqla iki azyaşlı övladını təkbaşına böyüdür, rəsmi və ya qeyri-rəsmi qaydada heç bir yerdə işləmir. Ayrıldıqları vaxtdan indiyədək borclu cəmi bir dəfə uşaqları ilə maraqlanmışdır. Hazırki məhkəmə iclasında borclu ona gələn ilin yanvarın birinə kimi 500 manat ödəniş edəcəyinə, növbəti aylardan isə aliment borcunu vaxtlı-vaxtında ödəyəcəyinə dair söz vermişdir. O, borclu ilə öz aralarında razılığa gəldikləri üçün borclu barəsində inzibati tənbeh tədbirinin tədbiq edilməməsini xahiş etmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır, lakin rəsmi qaydada boşansalar da keçmiş arvadı ilə uzun müddət birlikdə yaşamaqla uşaqlarına lazımi maddi və mənəvi köməklik göstərdiyi üçün aliment boru ödəməli olduğunu düşünməmişdir. Hal-hazırda rəsmi iş yeri yoxdur, fərdi qaydada arada bir fəhləlik etməklə çörəkpulu qazanır. Lakin daimi və ya müntəzəm gəlirə malik deyildir. Hazırda tələbkar ilə öz aralarında razılığa gəldikləri üçün, yəni 2023-cü ilin yanvarın birinə qədər tələbkara 500 manat ödyəcəyini və ondan sonra vaxtlı-vaxtında aliment borcu ödəyəcəyinə söz verdiyini nəzərə alaraq, həmçinin heç bir gəliri və qazancının olmamasını və tələbkar ilə aralarında razılığa gəlmələrini nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi qaydada heç bir yerdə işləməməklə hər hansı bir gəlirə də malik deyildir. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Eləcə də hazırki məhkəmə gedişatında tələbkarın məhkəməyə təqdim etdiyi ərizədə borclu ilə öz aralarında razılığa gəldiklərini, borclunun tələbkara 2023-cü ilin yanvarın birinədək 500 manat, növbəti aylardan isə aliment borcunu vaxtlıvaxtında ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və bununla bağlı üçün iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar