Məhkəmə qərarları › İş №3(002)-2094/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2094/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2094/2024 08.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X3 Qaradağ rayon Polis İdarəsi Dövlət X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP 21880982 saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 rayon Polis İdarəsi Dövlət X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli TP 21880982 saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 mülkiyyətində olan “Mersedes-Benz” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 20 iyun 2024cü il tarixdə saat 14:01 radələrində Bakı-Salyan yolunun 14-cü km də İXM-nin 346.2-ci maddəsinin tələbini pozmuşdur.İyul 2024-cü il tarixdə SMS RADAR proqramında telefon vasitəsilə yoxlayan zaman ona məlum olmuşdur ki. həmin hal üzrə barəsində xx.xx.2024cıı il tarixdə saat 14:01 radələrində İXM- nin 346.2-ei maddəsilə EQ 21880982 nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmaqla 40 manat cərimə tətbiq edilmişdir.Qeyd edilən qayda pozuntusu xx.xx.2024-cü il tarixdə saat 14:01 radələrində Təhlükəsizlik Şəhər Kamerasının monitorundan götürülmüşdür, EQ 21880982 saylı protokol tərtib olunmuşdur. Foto şəkillərdən görünür k, monitordan şəkillər götürülən zaman, şəkillər üzərində olan saat və dəqiqə göstərilməmiş,ona gərədə buradan görmək olur ki, həmin inzibati xəta real vaxt rejiminə əməl olunmadan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən götürülməklə, tərtib olunmuş və həmin qayda pozuntusu müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə qoşulmuş elektoron vasitələrlə qeydə alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 122, 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1. 346-1.5, 353.2 və 469.3-eü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməvİ ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə Ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxanhr və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsıısi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir.Həmin məcəllənin 122.5. maddəsində göstərilir ki. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş İnzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xiisusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çtxanhr.Hesab edir ki, barəsində xx.xx.2024-cü il tarixdə saat 14:01 radələrində İXMnin 346.2-ci maddəsilə EQ 21880982 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-nin normaları kobud şəkildə pozulmaqla qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Qeyd edilənlərə əsasən barəsində qərar əsassız olduğundan ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. İnzibati protokol tərtib edən orqana və qərardan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları və foto şəkillərlə ilə öz təsdiqini tapır. Belə ki, X5 şikayət ərzəsində şəkillər üzərində olan saat və dəqiqə göstərilməmiş, həmin inzibati xəta real vaxt rejiminə əməl olunmadan elektoron vasitələrlə qeydə alınmamışdır.Lakin iş materiallarında olan fotoşəkillərə məhkəmə iclasında keçirilmiş baxış zamanı şəkillərin üzərində saat və dəqiqənin qeyd edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 Qaradağ rayon Polis İdarəsi Dövlət X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ,TP 21880982 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar