Məhkəmə qərarları › İş №3(002)-2099/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2099/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2099/2022 26.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 3B, mənzil 23 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, borclu Şəxs barəsində protokol tərtib edərək, Binəqədi rayon Məhkəməsinin e-2(001)-1309/2021 saylı, 25 noyabr 2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Binəqədi rayon Məhkəməsinin e- 2(001)-1309/2021 saylı, 25 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 62500 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun Şəxs tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu bu günədək borcundan heç bir ödəniş etməmiş və eləcə də icra məmurunun çağırışlarına məhəl qoymaraq gəlməkdən imtina etdiyinə görə barəsində həm əvvəllər, həm də sonuncu dəfə 01 noyabr 2022-ci il tarixdə borclu barəsində axtarış elan edilərək icra olunması üçün Qaradağ RPİ-yə göndərilmişdir. Bundan başqa özü dəfələrlə borclu ilə əlaqə saxlamış, ona sms bildirişlər göndərmiş, lakin borclu yaranmış borcunu ödəməmiş və icra məmurunun çağırışlarına məhəl qoymamışdır. 01 noyabr 2022-ci il tarixli qərara əsasən borclu Şəxs bu gün, yəni 26 dekabr 2022-ci il tarixdə saxlanılaraq icra şöbəsinə təqdim edilmişdir. Bundan sonra borcludan müvafiq izahat verilməsi tələb edilsə də borclu izahat verməkdən və yaranmış borcunu ödəməkdən imtina etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, borclu eyni işə görə Qaradağ rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilsə də bundan heç bir nəticə çıxartmamış və yaranmış borcunu ödəməmişdir. Bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 26 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində “həbs” növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 öz izahatında qeyd olunan icra sənədinin borclu tərəfindən uzun müddət ərzində heç bir üzürlü səbəb olmadan hal-hazıradək icra edilmədiyini, dəfələrlə borclu ilə əlaqə saxlanılaraq yaranmış borcunu hissə-hissə olsa da ödəməsi təklif edilsə də borclunun borcu ödəməkdən imtina etdiyini, hətta onların ünvanına nalayiq ifadələr işlədərək açıq-aşkar formada borcunu ödəməyəcəyini bildirdiyini göstərmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, borclu eyni işə görə Qaradağ rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilsə də bundan heç bir nəticə çıxartmamış və yaranmış borcunu yenə də ödəməmişdir Buna görə də məhkəmədən Şəxs barəsində “həbs” növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-1309/2021 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsindən və icra sənədindən yalnız 28 iyul 2022-ci il tarixdə işə Qaradağ rayon Məhkəməsində baxılarkən xəbəri olmuşdur. Belə ki, özü əvvəllər Şamaxı rayonunda təsərrüfatla məşğul olmuş, qeydiyyatda olduğu ünvanda yaşamır, ünvan 2ayısı öz ailəsi ilə birlikdə yaşayır. Hal-hazırda rəsmi qaydada heç bir yerdə işləmir və hər hansı bir gəlirə də malik deyil. Bundan başqa qeyd olunan qətnamə ilə razı olmamaqla maddi imkanı olmadığından və hüquqi savadı olmadıığından apellyasiya şikayəti verməmişdir. "xxxx" MMC-yə olan borc Elşən adlı tanışına aiddir. Bu hal həmin Cəmiyyətin rəhbərliyinə də məlumdur. Belə ki Ələkbər Hüseynov adlı tanışı ondan xəbərsiz şəkildə onun şəxsiyyət vəsiqəsinin şəklini çəkib və digər ortaq tanışı olan Elşən adlı şəxsə vermişdir. Bu hadisədən bir ay keçdikdən sonra Elşən onu "xxxx" MMC-yə dəvət etmiş, orada həmin MMC-nin rəhbərliyi tərəfindən aldadılaraq "xxxx" MMC-yə veriləcək 62500 manat məbləğində borcun etirafı barədə ərizəyə bilməyərəkdən imza etmişdir. Hal-hazırda şəxsiyyət vəsiqəsi olmadığı üçün heç bir orqana müraciət edə bilmir, o cümlədən apellyasiya şikayəti vermək məqsədilə vəkil tutmaq üçün maddi imkanı yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, tələbkarın nümayəndəsinin və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmiş və icra məmurunun çağırışlarına gəlməkdən qərəzli olaraq imtina etmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 26 dekabr 2022-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, hal-hazırda rəsmi qaydada işləməməklə müvafiq gəlirə malik olmasını təsdiq edəcək mötəbər sübutların olmamasını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar