Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2099/2024 29.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-257/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən eyni icra sənədinə münasibətdə inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrarən qəsdən yayınmış və onun 6000 (altı min) manat aliment borcu yaranmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirmişdir ki, Şəxsdən dəfələrlə icra vərəqəsinin icrası tələb edilsə də o, borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Borclu icra vərəqəsini qərəzli şəkildə icra etməkdən yayınır. Şəxs 6000 manat aliment borcu vardır. Tələbkar borcunu tam olaraq tələb edir. Borclu axtarış nəticəsində icra şöbəsinə gətirilmiş, lakin şöbədən qaçmışdır. Bundan sonra o, yenidən polis əməkdaşları tərəfindən şöbəyə gətirilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. İşləmədiyi üçün aliment borcu yığılmışdır. Alimenti və yığılan borcu birdəfəlik ödəmək iqtidarında deyil. İşə düzələndən sonra hissəhissə ödəniş edəcəkdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsilə düzgün tövsif olunmuşdur və o, həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, yaranmış aliment borcunun məbləğini nəzərə alaraq inzibati həbsin orta həddə tətbiq edilməsini onun barəsində məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 29 iyul 2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2099/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2099/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver