Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-21/2023 23.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 353.5-ci maddələri ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından Şəxs barəsində İXM-nin 332.1-ci və 353.5-ci maddələri ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 09 dekabr 2022-ci il tarixdə, saat 02:20 radələrində, Bakı-Qazax yolunun 47.5-ci kilometrində “Kamaz 6520” yük markalı, ** HU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən onun nəqliyyat vasitəsinin etibarnamə olmadan, həmçinin iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında təkrar idarə etməsi halı aşkar olunmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi ilə bağlı olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayın Vİ Tağım Yol-Patrul inspektoru, polis siravisi X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 353.5ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə 10 dekabr 2022-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidməti Alayına və vətəndaş Şəxs rəsmi qaydada məlumat verilsə də qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Saatlı rayonu, Bəylik kəndində qeydiyyatda olan Şəxs isə 11 yanvar 2023-cü il tarixdə məhkəməyə teleqram göndərərək inzibati işin baxılması üçün Saatlı rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməklə qeyd olunan iş mahiyyəti üzrə baxılması üçün yaşayış yeri üzrə Saatlı rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112 və 129-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 353.5-ci maddələri ilə təqsirləndirilən Şəxs barəsində DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında material yaşayış yeri üzrə baxılması üçün Saatlı Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-21/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-21/2023
23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver