Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-21/2024 29.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Bakı şəhəri Qaradağ Rayon icra hakimiyyətinin nümayəndəsi X3, Qərardan şikayət verən şəxs X6 vəkili X1 iştirakı ilə, X6 Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 7 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X2 Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 7 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qaradağ rayon İcra Başçısının birinci müavini X12 tərəfindən qəbul edilmiş 7 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1000 manat məbləğində cərimə edilmişdir.Sözügedən qəbul edilmiş qərarla razı deyildir və qyd edilən səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməlidir.Belə ki, barəmdə tərtib edilmiş 31 avqust 2023-cü İl tarixli MN ******* saylı qərarda qeyd edilmişdir ki, qanunsuz tikinti tikmişdir və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395,1-d maddəsi ilə cərimə edilməlidir.Bildirir ki, o, ünvan 1 ünvanında bina evində yaşayır. Binada heç bir tikinti aparmamışdır. Eyni zamanda qeyd edir ki, yaşadığı ərazi Qaradağ RPİ-nin 38-ci PB-nin inzibati ərazisidir. Məktubda isə Qaradağ RPİ-nin 11-ci PB-nin sahə rəisi Z.Qiyasov tərəfindən Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı, xx.xx.2023cü il tarixli protokola əsasən inzibati xəta haqqında işə xx.xx.2023-cü il tarixdə baxılacağı göstərilmişdir. Bununla bağlı bildirir ki, onu heç kim heç yerə dəvət etməmişdir. Bu barədə ona hər hansı bir məlumat verilməmişdir. Hazırda şikayət ünvanladığı qərar və məktubu poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixdə almışdır. Bundan başqa, görünən odur ki, Qaradağ RPİ-nin 11-ci PBnin sahə rəisi Z.Qiyasov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1ci maddəsinə əsasən inzibati xəta haqqında iş aparılmışdır. Maraqlı məqam ondan ibarətdir ki, adı qeyd edilən sahə rəisi Z.Qiyasov kimi müəyyən edib, kimin inzibati xəta törətməsini aşkar edib ki, onun adını qeyd etmişdir. ünvan 1 ünvanında yerləşən bina evindən başqa adına hər hansı torpaq və ya bağ sahəsi, obyekt yoxdur ki, orada hər hansı bir tikinti işi aparsın. İnzibati xəta haqqında sənədləşmə aparan məsul şəxs ən azından onun şəxsiyyətini müəyyən etmişdirsə, adını qeyd etmişdirsə, onu dəvət etməli, izahatını almalı, əməlinə hüquqi qiymət verilməsi üçün zəruri tədbir görməli idi. Ən azından onun iştirakı ilə qanunvericiliyə uyğun olaraq ya protokol və ya akt tərtib edilməli, istər protokol, istərsə də akta imza etdirməli, imzadan imtina edəcəyi təqdirdə imtina etməyi barədə sənədləşmə aparmalı və ən azından hər hansı bir şahid cəlb etməli olduğu halda bunu etməmiş, aidiyyəti olmayan şəxsə qarşı qərar qəbul edilməsi üçün sənədləşmə aparmışdır. Bundan əlavə hansı torpaq sahəsində qanunsuz tikinti aparmışsa ən azından həmin torpaq sahəsinin kimə aid olması dəqiqləşdirilməli idi. Əgər ki, adında xəbəri olmadan hər hansı bir torpaq sahəsi mövcuddursa bu, artıq onun özünə də maraqlıdır. Lakin adında hər hansı torpaq sahəsi yoxdur. Nə də ki, heç bir tikinti işi aparmamışdır. Hansı yerdən, kimin ərazisindən söhbət gedir, ona məlum deyil. Yuxarıda qeyd etdiyi bina evində də hər hansı tikinti işi aparmamışdır. Göründüyü kimi istər Qaradağ RPİ-nin 11-ci PB-nin sahə rəisi Z.Qiyasov tərəfindən, istərsə də Qaradağ rayon İcra Başçısının birinci müavini X12 tərəfindən düzgün araşdırma aparılmamış və yekunda qanunvericiliyin tələblərinə zidd, ən əsası aidiyyəti olmayan şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respubiikjası İXM-nin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan tikinti aparılarsa bu inzibati xəta yaradır. Tərtib edilmiş qərardan ümumiyyətlə məlumatı olmamışdır. Qərarın surəti ona poçt vasitəsi ilə göndərilmiş və qərarı 30 dekabr 2023-cü il tarixdə almışdır. İşin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, inzibati xəta törətməkdə təqsiri və aidiyyəti sübuta yetirilməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 7 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsinə aidiyyəti olmadığından xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən X6 vəkili X4 çıxışında ərizənin təmin edilməsini xahiş etdi və bildirdi ki, iş üzrə hərtərəfli, tam və ətraflı araşdırma aparılmamış, tikintinin aparıldığı torpaq sahəsinin qanuni sahibi müəyyən edilməmiş, tikinti işlərinin həqiqətən də X9 tərəfindən aparılmasını təsdiq edən hər hansı bir sübut əldə olunmamışdır.Buna baxmayaraq X9 qanunsuz və əsassız olaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Bu səbəbdən mübahisələndirilən qərarın ləğv edilməsini və X6 inzibati xətaya aidiyyəti sübuta yetirilmədiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 qərarı müdafiə edərək şikayətin rədd edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, tikinti işlərinin aparılmasına əsas verən hər-hansı bir rəsmi sənəd mövcud deyildir və ona görə də özbaşına tikinti sayılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Qaradağ RPİ PB-nin 11-ci bölməsinin sahə inspektoru X8 tərəfindən X9 barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə inzibati araşdırma başlanmışdır. İş materilllarında olan Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 7 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından görünür ki, X9 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (bir min) manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, ərizə qismən təmin olunmalı Qaradağ Rayon icra hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 7 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Qaradağ Rayon icra hakimiyyətinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən, "Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur." İXM-nin 3-cü maddəsinə görə isə, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Təqsir inzibati xətanın əsas elementidir. Əməlin hüquqazidd olmasına baxmayaraq, təqsirin olmaması əməlin inzibati xəta kimi sayılmamasına səbəb olur. Belə ki, iş materiallarından görünür ki, mübahisələndirilən inzibati xəta üzrə prosessual qaydalara əməl olunmamış və xəta üzrə əməldə inzibati xəta tərkibi olub-olmaması şəxsin iştirakı ilə araşdırılmadan X6 təqsirinin olması əsas götürülərək müvafiq qərar qəbul olunmuşdur. Həmçinin inzibati araşdırılma aparılmadan X9 barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, inzibati qərarın qəbul edilməsinə əsas olan Qaradağ RPİ 11-ci PB-nin sahə inspektoru X8 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuş, X9 inzibati araşdırmaya dəvət edilməmiş, izahatı alınmamış, həmçinin qərarın surəti ona təqdim edilməmiş və ya imza etməkdən imtina edilməsi barədə qərarda müvafiq qeyd aparılmamış, qeyd edilən tikinti işlərinin aparıldığı torpaq sahəsinin qanuni sahibi müəyyən edilməmiş, tikinti işlərinin həqiqətən də X9 tərəfindən aparılmasını təsdiq edən sübut əldə olunmamışdır. Lakin 7 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarı qəbul etmiş orqan bu xüsusatlara diqqət yetirməmiş və inzibati qanunvericiliyin tələbləri pozularaq tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokol əsasında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4.-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 7 dekabr 2023-cü il tarixli, MN ******* saylı qərarın qəbul edilməsi zamanı prosessual pozuntulara yol verildiyindən qərar ləğv edilməli və yenidən baxılması üçün Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X6 inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Emil Abbasov tərəfindən qəbul edilmiş 7 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-21/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-21/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver