Məhkəmə qərarları › İş №3(002)-21/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-21/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-21/2025 07.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası İqtİsadiyyat Nazirliyi yanında X16 Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin X10 idarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası İqtİsadiyyat Nazirliyi yanında X16 Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 18 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında prtokoldan və iş materiallarından aydın olur ki, 18 dekabr 2024-cü il tarixdə, saat 14:35-də fərdi sahibkar Şəxs sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM-də yerləşən “Baby Land” mağazasında vergi orqanı əməkdaşlarını təhqir etmiş, yoxlamaya şərait yaratmamış və yoxlayıcıları obyektdən çölə çıxarmış, yoxlamaya yazılı və şifahi izahat verməkdən imtina etmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 602.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası İqtİsadiyyat Nazirliyi yanında X16 Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin X10 idarəsinin nümayəndəsi X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası İqtİsadiyyat Nazirliyi yanında X16 Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin X10 idarəsinin 3-cü dərəcəli müfəttişi X7 və vergi xidməti müşaviri X13 tərəfindən Baş İdarənin xx.xx.2024-cü il tarixdə **********8666 nömrəli X10nin (OVN) həyata keçirilməsi haqqında Qərarına əsasən fərdi sahibkar Şəxs (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y stansiyasının cənubu, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsi ünvanda "Sədərək Ticarǝt Mərkəzi"ndə yerləşən ("Baby Land" mağazasında) obyektdə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərlə hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmışı məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi məqsədilə X10nin nəticəsi haqqında akt tərtib edilmişdir. Fərdi sahibkar Şəxs açılmış qərar və digər yoxlama sənədləri ilə şifahi şəkildə tanış olmasına baxmayaraq obyektdə işləyən işçilərin adlarının və şəxsiyyətlərinin dəqiqləşdirilməsi zamanı heç bir əsaslı səbəb göstərmədən açılmış OVN Qərarına kobud şəkildə narazılığını bildirmiş, vergi orqanı əməkdaşlarına qarşı təhqiredici ifadələrdən istifadə edərək masanın üstündə və ətrafda olan əşyaları yerə vurub dağıdaraq əsəbi şəkildə yüksək səs ilə qışqırmışdır. Fərdi sahibkar işçiləri ilə birlikdə OVN tədbirində iştirak edən vergi orqanı əməkdaşlarına qarşı fiziki güc göstərərək mağazadan çölə çıxarıb obyektin qapısını içəri tərəfdən bağlamış və bununla da X10nin həyata keçirilməsinə real şəkildə mane olmuşdur. Beləliklə, fərdi sahibkar Şəxs tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən tərəflərindən xx.xx.2024-cü il tarixll MN ******* nömrəli "İnzibati xəta haqqında" protokol tərtib edilmişdir. OVN tədbiri zamanı xx.xx.2024-cü il tarixli sərbəst formada Akt xx.xx.2024-cü il tarixli 009712 nömrəli "Sənədlər və nümunə kimi əşyaların götürülməsi haqqında" Protokol va eləcə də sahibkarın və onun işçilərinin iştirakı ilə obyektə baxış hərəkəti nəticəsi olaraq "Vergi ödəyicisinin ərazisinə və binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə" xx.xx.2024-cü il tarixli 000509 nömrəli Protokol tərtib edilmişdir. Həmçinin bildirmişdir ki, OVN tədbiri zamanı 3 (üç) nəfər fiziki şəxslə əmək müqaviləsi (kontraktı) bağlanmadan işlərin yerinə yetirilməsinə (satış işlərinə) cəlb edilməsi halları aşkar edilmişdir. Həmin 3 (üç) nəfər (satıcılar: X8 (PİN: 1MFPW2Y), X4 (PİN: 5E4481V) və X5 (PİN: 2M638RY)) fiziki şəxslərin (işçilərin) şəxsiyyətlərini müəyyənləşdirərək xx.xx.2024-cü il tarixli 008725 nömrəli OVN aktı tərtib edilmişdir. Qeyd olunanlarla əlaqədar fərdi sahibkar Şəxs tərəfindən OVN tədbirinin tam şəkildə keçirilməsinə şəraitin yaradılmaması səbəbindən vergi ödəyicisi və aşkar olunmuş adları yuxarıda qeyd olunan işçilərdən yazılı izahatlar almaq, yoxlama materialları ilə sahibkarı tanış etmək, eləcədə tərtib edilmiş Akt və Protokolların bir nüsxələrini vergi ödəyicisina təqdim etmək mümkün olmamışdır. Odur ki, fərdi sahibkar Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında barəsində tərtib edilmiş protkolu qəbul etməyərək göstərmişdir ki, ona məxsus olan "Sədərək Ticarǝt Mərkəzi"ndə yerləşən "Baby Land" mağazasında vergi xidməti əməkdaşları əsassız olaraq yoxlama haqqında qərar təqdim etmədən 2024-cü ilin dekabr ayında dörd dəfə yoxlama həyata keçirmişlər. Sonuncu dəfə yoxlama 18 dekabr 2024-cü il tarixdə, saat 14:35-də aparılmışdır. O əvvəlcə yoxlamaya şərait yaratmış və lazım olan sənədləri vergi əməkdaşlarına təqdim etmişdir. Lakin sonradan vergi xidməti əməkdaşının qanunsuz və əsassız olaraq akt tərtib etdiyini düşündüyündən səhhətində yaranmış problemlə əlaqədar özündən çıxmış və mağazaya aid əşyaları əli ilə dağıtmışdır. Bu zaman vergi əməkdaşları mağazadan çıxmışlar. O indiyədək vergi xidməti əməkdaşları ilə hər hansı problem yaşamadığını və onlara yoxlama həyata keçirmək üçün lazımi şərait yaratdığını və törətdiyi əməldən peşiman olduğunu bildirərək barəsində başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. İş materillarına əlavə edilmiş Azərbaycan Respublikası İqtİsadiyyat Nazirliyi yanında X16 Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin rəisinin birinci müavini vəzifəsini müvəqqəti icra edən, baş idarənin rəis müavini, baş vergi xidməti müşaviri X3 qəbul etdiyi 17 dekabr 2024-cü il tarixli, **********8666 saylı qərarın surətindən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y stansiyasının cənubu, Lökbatan- Xocasən yolunun cənub-şərq hissəsi ünvanda "Sədərək Ticarǝt Mərkəzi"ndə yerləşən ("Baby Land" mağazasında) obyektdə 1;İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmışı məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi 2; nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması 3; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərlə hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə 17 dekabr 2024-cü il tarixdən 16 yanvar 2025-ci il tarixədək (16 yanvar 2025-ci il tarixi daxil olmaqla) operativ verg nəzarəti keçirilməsi qərara alınmış, nəzarətin həyata keçirilməsi 3-cü dərəcəli müfəttiş X7 və vergi xidməti müşaviri X9 tapşırılmışdır. İş materiallarına əlavə edilmiş 17 dekabr 2024-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrndən” çıxarışdan aydın olur ki, Şəxs sahibkarlıq fəaliyyəti ilə bağlı plandankənar (növbədənkənar) X10nin həyata keçirilməsinə (yoxlama müddəti 17 dekabr 2024-16 yanvar 2025) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən icazə verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş CD diskə baxış zamanı Şəxs yoxlamaya şərait yaratmaması və yoxlayıcıların obyektdən kənarlaşdırılması öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə baxışı zamanı Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs ilk dəfə bu məzmunlu inzibati xətanı törətməsini və əməlindən peşiman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Fərdi sahibkar Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli 1000 (bir min) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar