Məhkəmə qərarları › İş №3(002)-210/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-210/2021

14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-210/2021 14.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 11ci PB-nin sahə inspektoru polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1996-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “xxxx” MMC-də nəzarətçi-mühəndis kimi işləyən, ünvan 1 mənzil 9 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2021-ci il tarixdə polis əməkdaşlarına tabesizlik göstərərək, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11ci PB-nin sahə inspektoru polis mayoru X2 protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 12:15 radələrində Bakı-Qazax yolunun 65-ci km-də polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixdə MN ******* saylı inzibati protokol tərtib edilmişdir. İnzibati xəta törətmiş Şəxs inzibati pozuntuya yol verdiyini etiraf edərək məhkəmə iclasında öz izhatında bildirmişdir ki, o “xxxx” QSC-də nəzarətçi-mühəndis kimi fəaliyyət göstərir. xx xxxxxx 2021-ci il tarixdə Bakı-Qazax yolunun 65-ci km-də yerləşən karantin postundan idarə etdiyi “Opel” minik markalı avtomaşınla keçərək “Azpetrol” YDM-nə daxil olmuş və daha sonra oradan çıxan zaman geri dönərək şəhər istiqamətinə gəlmək istəmiş, lakin yol uzun olduğundan həmin YDM-nin yaxınlığından yolun əks istiqamətinə çıxaraq hərəkət etməyə başlamışdır. Bu zaman polis əməkdaşı onun əks istiqamətdə hərəkət etdiyini görərək ona irad bildirərək hamı kimi karantin postunun qarşısında durub öz nəvbəsini gözləməsini tələb etmişdir. O isə növbədə olduğunu və işıq ilə əlaqədar qəza baş verdiyindən təcili hadisə yerinə getməsi məcburiyyətində olduğunu bildirmişdir. Polis əməkdaşı onu dinləmədən cərgəyə durmasını əks təqdirdə isə barəsində polisin qanuni tələblərinə riayət etmədiyinə görə inzibati protokol tərtib ediləcəyini bildirmişdir. Bundan sonra isə aralarında mübahisə yaranmış və onu polis əməkdaşları xidməti avtomobilə əyləşdirib Polis Bölməsinə gətirmişlər. Hal-hazırda polisin qanuni tələblərinə riayət etməməsini, polisin iş rejimini pozmasından peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta, özünün etirafedici izahatı, Qaradağ RPİ-nin 11-ci PB-nin polis əməkdaşının izahatı və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Şəxs əməlini etiraf edərək səmimi peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və əsaslıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar