Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2100/2024 29.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Baki şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-2606/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X8 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-2606/2022 saylı, 05 oktyabr 2022-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 09 aprel 2013cü il təvəllüdlü X6 və 23 iyul 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu 2023-cü ilin dekabr ayında məhkəmə hökmü ilə ona təyin edilmiş cəzasını çəkib, azadlığa buraxılmışdır. Borclu icra sənədini icra etmədiyinə görə barəsində inzibti xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Qaradağ rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 3(002)-1398/2024 saylı qərarına əsasən Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilmişdir. Lakin bundan sonra da borclu aliment borcundan hər hansı ödəniş etməmiş, nəticədə bu günə 8878 manat aliment borcu yığılmışdır. İcra məmuru öz izahatında borclunun işlə təmin olunması üçün ƏƏSMN-nin tabeliyində olan X4 Bakı Regional Məşğulluq filialına müraciət edildiyini, Agentlikdən Qaradağ rayon İcra Şöbəsinə ünvanlanmış məktubda borcluya Dövlət Neft Şirkətinin Metanol zavodunda texnoloji qurğuların təmiri üzrə çilingər vəzifəsinin təklif olunduğu, lakin işçinin işə qəbul məsələsinin həlli işəgötürənin səlahiyytində olduğu üçün borclunun hələlik işlə təmin olunmadığı qeyd olunmuşdur. Yaranmış aliment borcunun ödənilməsi borcludan tələb edilsə borclu aliment borcundan heç bir ödəniş etməmişdir. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 29 iyul 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasının gedişində tələbkar X3 ilə mobil telefon əlaqəsi saxlanılmış, tələbkar borclunun aliment borcundan hal-hazıradək heç bir ödəniş etmədiyini bildirərək hal-hazırda himayəsində olan iki övladını saxlamaqda çox böyük çətinlik çəkdiyini, yaranmış aliment borcunun dərhal ödənilməsini, bu baş vermədikdə isə borclunun barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Məhkum olduğu dövrdə atası tərəfindən aliment ödənişləri icra edilmişdir. Azadlığa çıxdıqdan sonra ona dövlət tərəfindən adaptasiya məqsədilə ödənilmiş birdəfəlik məbləği uşaqlarının sosial ehtiyacları üçün xərcləmişdir. Lakin, qeyd etdiyi ödənişləri nağd şəkildə etdiyi üçün məhkəməyə hər hansı qəbz təqdim edə bilmir. Bu yaxınlarda avtomobil qəzası keçirmiş, aldığı xəsarətlər üzündən işləməmişdir. Şərait yaradılacağı təqdirdə aliment borcundan kifayət qədər ödəniş edəcəkdir. Bütün bunların nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 29 iyul 2024-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 29 iyul 2024-cü il tarixdən, saat 14:50-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2100/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2100/2024
29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver