Məhkəmə qərarları › İş №3(002)-2103/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2103/2024

15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2103/2024 15.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi Vəkil iştirakları ilə, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallar və inzibati xəta haqqında protokodan görünür ki, 19 iyul 2024-cü il tarixdə Qaradağ rayonu, Salyan şosesi 15-ci km ünvanında yerləşən "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən ətraf mühitin müəsisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatlarının aparılmadığı və 2TG statistik hesabatların təqdim ediməməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə edərək hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. X2 onaverilmiş suallara cavab olaraq bildirmişdir ki, statistik hesabatların verilməsi qaydası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılır və hesabatlar hər ilin əvvəlində təqdim edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi-nin nümayəndəsi Vəkil məhkəmə iclasında etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən əvvəlki illərdə müvafiq hesabatların lazımi qaydada təqdim olunmasım, bundan başqa da 2023-cü il üzrə Atmosfer havasının mühafizəsinə dair (2-TG (hava)), Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair (2-TG (tullantılar), Sudan istifadəyə dair ( 2-TG (su təsərrüfatı) hesabatların üzrlü səbəblərdən gecikdirilmiş olsa da təqdim edildiyini nəzərə alaraq hesab edirik ki, İXM nin 239-cu maddəsinin tətbiqi yolverilməzdir. Belə ki, qeyd olunan maddədə nəzərdə tutulan tələblərin ümumiyyətlə icra edilməməsi nəzərdə tutulur. Həmin maddənin dispozisiyasında hesabatların təqdim olunması üçün müddət ilə bağlı hər hansı tələb mövcud deyildir. MHVirth AS şirkəti 2021ci, 2022-ci və 2023-cü il üçün öz təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparmaqla, yuxanda qeyd olunmuş statistik hesabatlan təqdim etmişdir. Sonuncu 2023-cü il üçün nəzərdə tutulmuş hesabatlar bu ilin iyul ayında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi razılaşdırılması üçün təqdim edilmişdir. "xxxx" Şirkətininin Azərbaycan Respublikasındaki Nümayəndəliyi barəsində tərtib edilən protokolda şirkətin əməli yanlış olaraq İXM- nin 239-cü maddəsi ilə tövsif edilmişdir. Nəzərə alsaq ki, Atmosfer havasının mühafizəsinə dair(2-TG (hava)), Təhlükəli tullantıların əmələ gəlməsi və hərəkətinə dair (2-TG (tullantılar), Sudan istifadəyə dair ( 2-TG (su təsərrüfatı)) hesabatları - statistik hesabatlardır və onların formaları və təqdim edilmə qaydaları Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müvafiq qərarları ilə təsdiq edilir, onların cari ilin yanvar ayın 25-nə qədər təqdim edilməməsi İXM-nin 389 maddəsi ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və işdə olan digər materiallarla tam təsdiq olunur. Belə ki, Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən Hüquqi şəxslər (təbiətdən istifadələr) ətraf mühitin müəssisə (istehsalat) monitorinqini, onların həyata keçirdiyi ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunu və hesabatını aparmağa borcludurlar. Həmin Qanunun 18.3-cü maddəsinə əsasən müəssisə (istehsalat) monitorinqinin göstəriciləri barədə hesabat ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına, onlarla razılaşdırılmış müddətlərdə təqdim edilir. İş materillarından görünür ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi- tərəfindən qeyd olunan 2023-cü il üzrə stastik hesabatlar hüquqi şəxs barəsində barəsində inzibati protokol qəbul edildikdən sonra tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə təqsirli bilinməli və sonuncuya həmin maddənin sanksiyasının hədləri daxilində aşağı həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8500 (səkkiz min beş yüz) manat cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar