Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2104/2024 05.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 23 iyul 2024-cü il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olumuş sənədlərdən aydın olur ki, AZ 1080, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC 14960.00 (on dörd min doqquz yüz altmış) ABŞ dolları məbləğində olan vəsaiti 24 iyun 2022-ci il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 14960.00 (on dörd min doqquz yüz altmış) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta 25 iyun 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmənin 27 avqust 2024-cü il tarixli iclasında iştirak etmiş Şəxs MMC-nin etbarnamə üzrə nümayəndəsi X1 öz izahatında Şəxs MMC-nin törətdiyi inzibati xətanı etiraf edərək göstərmişdir ki, təmsil etdiyi şirkət ilə Türkiyənin “X2 İç ve Dış Ticaret” LTD şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin şirkətə 14960.00 (on dörd min doqquz yüz altmış) ABŞ dolları ödənilməli olduğu halda təmsil etdiyi şirkətin əməkdaşlarının səhvi ucbatından ödəniş olunmamışdır. Hal-hazırda “X2 İç ve Dış Ticaret” LTD şirkəti müflis olduğundan ödəniş edə bilmirlər, lakin şərait yaradılacağı təqdirdə müvafiq sənədləri təqdim edəcəyini qeyd edərək Şəxs MMC barəsində başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi və Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsi öz təsdiqini tapmışdır. Odur ki, Şəxs MMC-nin təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 25 % (iyirmi beş faizi) məbləğində cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 14960.00 (on dörd min doqquz yüz altmış) ABŞ dolları valyuta vəsaiti məbləğinin 25 faizi həcmində, yəni 3740 (üç min yeddi yüz qırx) ABŞ dolları miqdarında (ödənildiyi zaman Azərbaycan manatına olan məzənnə ilə) cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2104/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2104/2024
05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver