Məhkəmə qərarları › İş №3(002)-211/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-211/2021

14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-211/2021 14.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru Polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1985-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada taksi sürücüsü kimi işləyən, Bakı şəhəri, Qaradağ rayonu, X4, Baş Ələt qəsəbəsi, Məhəmməd ünvan 1 mənzil 11 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis leytenantı X2 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs etibarnamə əsasında idarə etdiyi “Changan minik” markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobildə xx xxxxxx 2021-ci il tarixdə saat təxminən 21:20 radələrində Bakı-Qazax yolunun 65-ci km-də Ələt qəsəbəsi ərazisində quraşdırılmış Xüsusi Karantin postundan qanunsuz bir nəfər şəxsi keçirdərək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Buna görə də xx xxxxxx 2021-ci ildə Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs qeyd olunan inzibati pozuntu ilə əlaqədar xx xxxxxx 2021-ci il tarixdə saat 21:45 radələrində inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək karantin rejiminin qaydalarını bilməyərəkdən pozduğunu bildirmişdir. O, öz izahatında göstərmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə idarə etdiyi “Changan” minik markalı ** LO *** dövlət qeydiyyat nişanlı qavtomobil ilə Bakı şəhərinə istiqamətdə getdiyi zaman, əvvəllər tanımadığı bir nəfər qadın ona əl edərək avtomobili saxlatmış və Bakı şəhərinə getmək istədyini bildirmişdir. O isə həmin qadının portalda icazəsinin olubolmamasını soruşmuş qadın isə icazəsinin olduğunu bildirmişdir. 1 saylı Ələt stasionar postunda yoxlanılarkən onun portalda icazəsinin olduğunu, lakin sərnişin kimi əyləşmiş qadının icazsəinin olmadığı müəyyən edilmiş və ona postda qanunsuz olaraq sərnişin keçirmək istədiyini bildirmişlər. O isə öz növbəsində etiraz edərək sərnişindən əvvəlcədən icazəsinin olub-olmamasını soruşmuş və qadın ona icazəsinin olduğunu bildirdiyindən onu avtomobilə əyləşməsinə icazə vermişdir. Daha sonra isə o polis əməkdaşları ilə mübahisə etdiyi zaman qardaşı İlyar Məmmədov təsadüfən həmin postda olmuş və orada səs-küy eşitdiyindən hadisə yerinə yaxınlaşdıqda orada onun polis əməkdaşları ilə mübahisə etdiyini görmüşdür. Hal-hazırda törətdiyi əməldən peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və “xüsusi karantin rejimini” bilərəkdən pozmamasını nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbqi edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs barəsində özünün iştirakı ilə İXM-nin 211.1-ci maddəsinə əsasən prtokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə xx xxxxxx 2021-ci il tarixdə saat 21:45 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi özünün və protokolu tərtib etmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində göstərilir ki: epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə daha müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar