Məhkəmə qərarları › İş №3(002)-2116/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2116/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2116/2025 08.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxx 1991-cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Qaradağ rayonu Müşfiqabad küçəsi 5-ci binada yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində ictimai yerdə nalayiq ifadələr işlədərək xidməti zərurətlə əlaqədar inzibati ərazidə olan polislərin qanuni tələbinə tabe olmamışdır və polislərin ünvanına nalayiq ifadələr işlətmişdir. Qeyd edilənlərə əsasən Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru X5 bildirdi ki, Müşfiqabad qəsəbəsində xidmətdə olarkən bir nəfər şəxs ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozmuş və ilk vaxt bölməyə getməyə razılaşsa da, daha sonra polis əməkdaşlarına müqavimət göstərmişdir. Sərxoş halda idi və maşında da nalayiq ifadələr işlətməyə davam edirdi. Protokolu müdafiə edərək X5 barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə atası ilə birlikdə yemək yediklərini, bu zaman həyətdə oynayan uşaqların səs-küy saldıqlarını və atasının şəkər xəstəsi olduğuna görə bu səs-küyün ona pis təsir edəcəyindən narahat olub səs salan şəxslərə getmələrini demişdir. Onlara yaxınlaşan polis əməkdaşlarının mülki geyimdə olduğlarını, maşına mindikdən sonra polis olduqlarını və vəsiqə təqdim etmədiklərini bildirmişdir.Ona qarşı zor tətbiq edildiyini, polis bölməsində döyüldüyünü bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis mayoru X4 bildirdi ki, Şəxs spirtli içki təsirindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində ictimai qaydanı pozmuşdur. Həmin vaxt xidməti zərurətlə əlaqədar Əsgərov Məzhərlə inzibati ərazidə olması səbəbilə dərhal həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmiş, xidməti vəsiqə göstərmiş və inzibati pozuntunun qarşısını almağa çalışmışdır. Lakin Şəxs onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 bildirdi ki, xx.xx.2025-ci il tarixdə işdən evə çatarkən qonşusu Tural və atası Məhərrəm 5 yaşlı nəvəsinə qarşı blokun ağzında nalayiq ifadələr işlətmişdir. Səs-küyə çıxan qızı Ayşən qonşudan nəyə görə uşağı söydüyünü soruşanda Tural adlı şəxs qızının da ünvanına təhqirlər yağdırmış, fahişəliklə məşğul olduğunu demişdir. Polis əməkdaşları dəfələrlə onu nizam-intizamlı olmağa dəvət etsələr də, əksinə polis əməkdaşlarına qarşı əl-qol atmışdır. Ata-bala hər ikisinin içkili olduğunu, əvvəllər də 2 dəfə blokun ağzında körpə uşaqları söydüyü üçün Məhərrəm adlı şəxslə dalaşdığını, ərazi polisini özünün çağırdığını qeyd edərək şikayətçi olduğunu və Şəxs qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qonşuluqda yaşayan Tural və atası Məhərrəm 4 yaşlı körpəsinə qarşı nalayiq ifadələr işlətmiş, bu zaman övladını müdafiə etmək üçün həyətə düşəndə Tural və atası onun da ünvanına təhqirlər yağdırmış, namus qeyrətilə bağlı şər-böhtan atmışdır. Əraziyə yaxınlaşan polis əməkdaşları Turalı nizam intizama dəvət etsələr də Tural tabesizlik göstərdi. Şikayətçi olduğunu və Şəxs qanuna müvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 yaşadığı binanın həyətində 1 nəfər şəxsin azyaşlı uşaqlara qışqırdığını görmüş, yaxınlaşaraq qışqırmamasını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil hüquqlarının müdafiə etdiyi Şəxs İXM-nin 535.1ci maddəsi ilə icraata xitam verilməsini, Şəxs azyaşlı uşaqları olduğu üçün İXM-nin 510-cu maddəsinə əsasən Şəxs yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, akt, iş materialları və onun izahatı ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. AR İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən hal kimi himayəsndə 2015 və 2018-ci il təvəllüdlü iki azyaşlı uşağın olduğu müəyyən edilmişdir. Şəxs əməlində ağırlaşdıran hal kimi əməlin sərxoş vəziyyətdə (orta sərxoşluq dərəcəsi) törədilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini nəzərə alaraq, inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs hüquqlarını müdafiə etmək üçün məhkəmə iclasında iştirak etməyə və iş materialları ilə tanış olmağa görə sərf olunan 3 saata görə 33 (otuz üç) manat pul müdafiəçi Vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 07 oktyabr 2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə olunsun. Müdafiəçi Vəkil vəsatəti təmin edilməsin. Şəxs hüquqlarını müdafiə etmək üçün məhkəmə iclasında iştirak etməyə və iş materialları ilə tanış olmağa görə sərf olunan 3 saata görə 33 (otuz üç) manat pul müdafiəçi Vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar