Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2117/2023 09.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 09 oktyabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2017ci il tarixli, 2(103)-1976/2017 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(002)-278/2021 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 2(002)-6217/2015 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(002)-1956/2017 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli, 2(002)-2823/2016 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 iyun 2016-cı il tarixli, 2(002)-4343/2016 saylı, Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli, 2(103)-1281/2017 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(002)-4348/2016 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(002)-755/2017 saylı icra sənədlərini qərəzli olaraq etməmişdir. Hazırda Şəxs ümumilikdə 43883 manat borcu var. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X9 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, hər bir icra sənədi üzrə icraata başlama haqqında qərarlar qəbul edilmiş lakin icra tədbirləri zamanı borclunun Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə məhkum olunduğu və 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən olunmuşdur. Bundan sonra 5 saylı cəza çəkmə müəssisəsindən daxil olmuş 26 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Şəxs Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş, borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. Bundan sonra borclu icra şöbəsinə dəvət edilmişdir. O, icra şöbəsində olan zaman məhkəmə qərarlarından xəbərsiz olduğunu və onların hər birindən şikayət verəcəyini bildirmişdir. Bundan sonra 2023-cü ilin fevral ayında borclu icra şöbəsinə dəvət edilərək bütün icra sənədləri ilə tanış edilmiş və surətləri ona təqdim edilmişdir. Borcluya icra sənədlərində qeyd olunan tələblərin 10 gün müddətində könüllü icra edilməsi tələb olunmuşdur. Buna baxmayaraq o, ödəniş etməkdən yayınmış, çağırışlara gəlməmişdir. Bu səbəbdən barəsində dəfələrlə axtarış elan edilmişdir. Lakin, sonuncu çağırışa özü könüllü gəlmişdir. Hazırda borclu Şəxs tələbkar X7 4800 manat borcu, digər tələbkar X6 10325 manat borcu qalmışdır. Digər icra vərəqələri üzrə borclarından isə heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. O, avtomobilin satışından əldə edilmiş 5200 manat məbləğin ½ hissəsi olan 2600 manatdan tələbkar X3 xeyrinə 500 manat ödəniş etmiş, 2100 manat borcu qalmışdır. Digər tələbkar Ramiz Əliyevə 5500 manat borcu olmuş, 700 manat pulu kart vasitəsilə ödəmişdir. X15 xeyrinə 300 manat ödəyə bilər. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, saat 12:00 radələrində icra şöbəsinə gəlmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlilliyi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar X11 öz izahatında bildirmişdir ki, borclu Şəxs tərəfindən borcun tam şəkildə ödənilməsini, əks halda onun barəsində ağır inzibati tənbeh tətbiq edilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxış edərək bildirmişdir ki, hüquqlarının müdafiə etdiyi şəxs Şəxs tələbdən qəsdən yayınmasına dair sübutlar yoxdur. Könüllü olaraq borcun müəyyən qismini ödəmişdir. Aprel-may aylarında tələbkarın heç bir tələbi olmamışdır. Borclunun icra şöbəsinə çağırılması ilə bağlı hər hansı bildirişin göndərilib-göndərilməməsi məlum deyil. Həmçinin Şəxs borclu olduğunu etiraf edir. Hazırda onun borcunu ödəməkdən qəsdən yayınmaq fikri yoxdur, tələbkara hissə-hissə borcunu ödəməyə hazırdır. Hesab edir ki, qəsdən yayınma halları yoxdur, borclunun əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(103)-1976/2017 saylı icra sənədinə əsasən cehiz əşyaları, qızıl-zinət əşyalarının ümumi dəyəri 10825 manat və “Vaz 21214” markalı 90LF514 dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5200 manat məbləğin ½ hissəsi olan 2600 manat cavabdeh Şəxs alınaraq X8 verilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 06 sentyabr 2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(103)-1976/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 06 sentyabr 2017-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli qəbzdən görünür ki, tələbkar X10 borclu Şəxs 500 manat pul vəsaitini qəbul etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(002)- 278/2021 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 5500 manat məbləğində pul və 30 manat dövlət rüsumu iddiaçı X5 xeyrinə tutulmalıdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 22 aprel 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(002)-278/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 22 aprel 2021-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan 15 mart 2023-cü il tarixli qəbzdən görünür ki, tələbkar X11 borclu Şəxs 700 manat pul vəsaitini qəbul etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 2(002)- 6217/2015 saylı icra sənədinə əsasən cavabdeh Şəxs "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 572 manat 10 qəpik, faiz borcu üzrə 2 manat 3 qəpik, və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 594 manat 13 qəpik tutulmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(002)- 1956/2017 saylı icra sənədinə əsasən cavabdeh Şəxs "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 1576,95 ABŞ dolları, faiz borcu üzrə 244,61 ABŞ dolları, cərimə üzrə 28,75 ABŞ dolları, cəmi 1850,31 ABŞ dolları, 20 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli, 2(002)- 2823/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 2313 manat 23 qəpik, faiz borcu üzrə 377 manat 55 qəpik və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 2690 manat 78 qəpik tutulmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 iyun 2016-cı il tarixli, 2(002)- 4343/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 1897 manat 31 qəpik, faiz borcu üzrə 491 manat 82 qəpik və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 2409 manat 13 qəpik tutulmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(002)- 4348/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 1109 manat 6 qəpik, faiz borcu üzrə 539 manat 16 qəpik və ödənilmiş 20 manat dövlət rüsumu tutulmalıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(002)- 755/2017 saylı icra sənədinə əsasən cavabdeh Şəxs "xxxx" KB ASC-nin xeyrinə əsas borc üzrə 660 manat 57 qəpik, faiz borcu üzrə 91 manat 90 qəpik, cərimə borcu 56 manat 91 qəpik və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 809 manat 45 qəpik tutulmalıdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 15 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərarlarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 2(002)-6217/2015 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(002)-1956/2017 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli, 2(002)-2823/2016 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 iyun 2016-cı il tarixli, 2(002)-4343/2016 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(002)-4348/2016 saylı və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(002)- 755/2017 saylı icra vərəqləri üzrə ayrı-ayrılıqda icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 15 yanvar 2021-ci il tarixli könüllü icra barədə bildirişlərdən görünür ki, icra vərəqələrində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli, 2(103)-1281/2017 saylı icra sənədinə əsasən iddiaçı "xxxx" MMC ilə cavabdeh Şəxs arasında bağlanmış xx.xx.2014-cü il tarixli 808 saylı alğı-satqı müqaviləsi ləğv edilmişdir. 4.725 manat əsas borc, 100 manat cərimə olmaqla, cəmi 4.825 manat ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehler Şəxs və X4 müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Bir ədəd MG-6 minik AT markalı, 2014-cü il buraxılışlı, Sedan tipli, ağ rəngli ** AD *** dövlət qeydiyyat nişanlı minik avtomobil cavabdeh Şəxs geri alınıb "xxxx" MMCyə təhvil verilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 30 may 2015-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2017ci il tarixli, 2(103)-1281/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 30 may 2015-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan 09 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs icra sənədlərini qərəzli olaraq icra etmədiyi üçün ümumilikdə 43883 manat borcu yaranmış, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 20 aprel 2017-ci il tarixli, 2(103)-1976/2017 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2(002)-278/2021 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 noyabr 2015-ci il tarixli, 2(002)-6217/2015 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16 mart 2017-ci il tarixli, 2(002)-1956/2017 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli, 2(002)-2823/2016 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 iyun 2016-cı il tarixli, 2(002)-4343/2016 saylı, Bakı Apellyasiya Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli, 2(103)-1281/2017 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli, 2(002)-4348/2016 saylı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, 2(002)- 755/2017 saylı icra sənədlərinə əsasən borclu Şəxs tərəfindən ümumilikdə 43883 manat pul vəsaiti ödənilməlidir. İcra sənədləri üzrə müvafiq qərarlarla icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmiş, həmin bildirişlərin surəti borclu tərəfindən qəbul edilmişdir. Borclu tərəfindən tələbkarların xeyrinə ümumilikdə 1200 manat ödəniş edilməsinə baxmayaraq, ödənilmiş məbləğ ümumi borca münasibətdə cüzi olmuş və borclu icranı tam olaraq təmin etməkdən boyun qaçırmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs qərarın icrasına laqeyd yanaşaraq borcunu ödəməmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 09 oktyabr 2023-cü il tarixdən saat 12:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 09 oktyabr 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2117/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2117/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver