Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2122/2025 08.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis leytenantı X2, Zərərçəkmiş şəxslər X3 və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakıları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “156” evakuator xidmətində sürücü işləyən, Qusar rayonu, Yuxarı Kalanxur kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis leytenantı X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə 08 oktyabr 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Tətib edilmiş protokoldan aydın olur ki, Şəxs 24 avqust 2025-ci tarixdə, saat 13:00 radələrində “Sədərək” Ticarət Mərkəzində X6 və X5 döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis leytenantı X8 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 09 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən vətəndaş X3, Şəxs və X4 müraciətəri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və X3, X4 və Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Bundan sonra həmin iş onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, tərəflər arasında barışıq əldə edilməmişdir. Odur ki, hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən X6 öz izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə qaynı X9 ilə Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkət etmişlər. Dairəvi hərəkət zolağında evakuator avtomobili döngədə üzərlərinə sürmüşdür. Buna görə aralarında qısa mübahisə olmuşdur. Sonra onlar öz yollarına davam etmişlər. Bu zaman avtomobilin güzgüsündən həmin şəxsin yolunu dəyişib arxalarınca gəldiyini, idarə etdiyi avtomobilin farasından işıq vurmaqla dayanmaqlarını işarə etdiyini görmüşlər. Qaynı avtomobili dayandırmışdır. Sonra o, avtomobildən həmin şəxslə söhbət etmək üçün düşmüşdür. Həmin şəxsə niyə yollarına girdiyini, niyə əl hərəkəti göstərdiyini soruşmuşdur. Həmin şəxs isə ona niyə əl hərəkəti göstərdiyini soruşmuşdur. Aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı həmin şəxs qəfildən başı ilə onun alnına vurmuş və onu boğazından tutub evakuatora dirəmişdir. Onlar bir-birlərini vurmağa başlamışlar. Sonra qaynı gəlib onları aralamağa başlamışdır. Sonra onlar yenidən bir-birlərini tutmağa başlamışlar. Həmin vaxt digər bir sürücü də gəlib onları aralamağa çalışmışdır. Həmin şəxs ona söyüş söyməyə başlamış və onu hədələmişdir. Boğazında və başında xəsarəti vardır. Mübahisə 15 dəqiqədən bir qədər çox davam etmiş və bu hadisəni digər insanlar da görmüş, bir nəfər sürücü də gəlib onları aralamağa çalışmışdır. O və qaynı həmin şəxsi vurmamışlar, sadəcə bir- birilərini tutmuşlar. Həmin şəxsin telefonunu o sındırmamışdır. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən X9 öz izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə yeznəsi X7 ilə onun idarə etdiyi "Nissan" markalı, ** RS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sədərək Ticarət Mərkəzi istiqamətində hərəkət etmişlər. Dairəvi hərəkət zolağında evakuator avtomobili onların üzərinə sürmüşdür. Buna görə hərə öz avtomobilində olarkən əl işarəsi ilə bir-birilərinə irad bildirmişlər. aralarında qısa mübahisə olmuşdur. Sonra onlar öz yolları ilə davam etmişlər. Bu zaman avtomobilin güzgüsündən həmin şəxsin yolunu dəyişib arxalarınca gəldiyini, idarə etdiyi avtomobilin farasından işıq vurmaqla dayanmaqlarını işarə etdiyini görmüşlər. Onlar həmin şəxsin məqsədini başa düşməmişlər. O, avtomobili dayandırmışdır. Sonra Rüstəm avtomobildən həmin şəxslə söhbət etmək üçün düşmüşdür. O, avtomobildən düşən zaman həmin şəxsin qəfildən başı ilə Rüstəmin alnına vurduğunu və sonuncunun başını qolunun arasına alıb, sağ əl ilə də boğazından yapışıb tutduğunu görmüşdür. Sonra o, gəlib onları aralamağa başlamışdır Yaser onlara nalayiq ifadə işlətmişdir. Sonra onlar yenidən bir-birini tutmağa başlamışlar. Həmin vaxt digər bir sürücü də gəlib onları aralamağa çalışmışdır. Həmin şəxs ikisinə də söyüş söyməyə başlamış və onu hədələmişdir. Onun sol çiynində xəsarəti vardır. Mübahisənin nə qədər müddət davam etməsi barədə dəqiq məlumat verə bilməz. Bu hadisəni digər insanlar da görmüşdür. Bir nəfər sürücü də gəlib onları aralamağa çalışmışdır. Yaserin telefonunu Rüstəm sındırmamış telefonu yerə düşmüşdür. Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə “Sədərək” TMdə yaranan yanğınla əlaqədar digər avtomobilləri hadisə yerindən uzaqlaşdırmaq məqsdəilə təcili sifariş daxil olmuşdur. O, təcili həmin ünvana gedən zaman ətrafdakı maşınların kənara çəkilməsi üçün idarə etdiyi evakuatorun sayrışan işıqlarını yandırmışdır. O, Ticarət Mərkəzinə doğru hərəkət edən zaman dairəvi hərəkət zolağında avtomobillər gələn zaman bir qədər irəlidə evakuatoru saxlayıb digər nəqliyyat vasitələrinin keçməsini gözləmişdir. Dairəvi zolağa girən Nissan markalı ** RS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü buna kobud reaksiya vermiş, ona avtomobilin içərisindən nalayiq ifadə mənasını verən əl hərəkəti göstərmişdir. O, evakuatoru həmin şəxsin avtomobilinin arxasında sürmüş, həmin avtomaşını saxlatmış və maşından düşmüşdür. Həmin şəxs də avtomobilindən düşmüş, sözlə aralarında mübahisələri yaranmışdır. Sonra həmin şəxs onun qəflətən boynunu sıxmışdır. Bundan sonra həmin avtomobildə əyləşən digər şəxs gəlmiş və ona zərbələr endirməyə başlamışdır. Onlar gedən zaman o, onların avtomobilinin dövlət qeydiyyat nişanının şəklini çəkmişdir. Buna əsəbləşən avtomobilin sürücüsü telefonunu əlindən almış və onu yerə çırpmışdır. Yanındakı şəxs isə evakuatorun sol güzgüsünü qırmışdır. Daha sonra onlar uzaqlaşmışlar. Həmin şəxslərin onu döymələri üçün xüsusi bir səbəbi olmamışdır. Hadisə beş-on dəqiqə davam etmiş və bir xeyli insanlar ora toplaşmışlar. Hadisə yerində videokameralar olsa da, onlara baxış keçirilməmiş, ona vurulmuş ziyanla bağlı heç bir tədbir görülməmişdir. Məhkəmə, daxil olmuş materialı və inzibati xəta haqqında protokolu nəzərdən keçirib hesab edirki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı qeyd olunan hadisə ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmadığı, hadisə yerini əks etdirən videokameralara baxış keçirilmədiyi, hadisə nəticəsində Şəxs həqiqətən ziyanın vurulub-vurulmadığı, ziyan vurulmuşsa ziyanın məbləği müəyyən edilməmişdir. Bundan başqa hadisənin şahidi olmuş şəxslərin dairəsi müəyyən edilərək dindirilməmiş və şəxslərin əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olması araşdırılmamışdır. Bundan başqa məhkəmə hesab edir ki, X4 inzibati araşdırma zamanı tərcüməçinin xidmətlərindən istifadə etməsinə şərait yaradılmamaqla onun müdafiə hüququ pozulmuşdur. Belə ki, iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, X6 tatar əsilli olub, orta məktəbi rus bölməsində oxumasına baxmayaraq, məhkəməyədək icraat zamanı tərcüməçi ilə təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 49.2-ci maddəsinə əsasən İşdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən və İXM-nin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan yenidən araşdırılması məqsədilə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2122/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2122/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver