Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2126/2023 11.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi axtarış üzrə inspektor, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində ünvansız fərdi tikilidə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 11 oktyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, Şəxs 28 sentyabr 2023-cü il tarixdə, saat təxminən 18:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ. Nəbiyev küçəsində “toy kartecində” hərəkətdə olarkən avtoxuliqanlıq hərəkətləri etdiyi müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 511.1.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi axtarış üzrə inspektor, polis kapitanı X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, 28 sentyabr 2023-cü il tarixdə saat 18:40 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində toy kortecində olan “VAZ-2107” markalı, ** BM *** və “Xəzər” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq, əks hərəkət zolağına çıxmaqla ziqzaqvari şəkildə manevrlər edib digər hərəkət iştirakçılarının da hərəkətinə təhlükə yaratmış, əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdikləri üçün Qaradağ RPİ-nin DYPŞ-nın YPX əməkdaşları tərəfindən saxlanılmışdır. “VAZ-2107” markalı, ** BM *** dövlət qeydiyyat nişanlı avtomobildə normativ tələblər pozulmaqla əlavə avadanlıqlar quraşdırılmış, “Xəzər” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkilmiş, qabaq dövlət qeydiyyat nişanı olmadan, arxa dövlət qeydiyyat nişanı isə fata ilə örtülmüş veziyyetde idarə edildiyi üçün nəqliyyat vasitələri 4 saylı mühafizə olunan duracağa təmin edilmişdir. Bununla da Şəxs İXM-nin 511.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. Bütün bunların nəzərə alınaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini və barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsində ünvansız fərdi tikilidə ailə üzvləri ilə birlikdə yaşayır, subaydır. “Vətən müharibəsi” iştirakçısıdır, “Laçın”, “Xocavənd” və “Zəngilan”ın alınması medalları ilə təltif edilmişdir. 28 sentyabr 2023-cü il tarixdə, saat təxminən 19:15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində xalası oğlunun toy kartecində etibarnamə əsasında idarə etdiyi “Xəzər” markalı, ** PX *** dövlət qeydiyytan nişanlı avtomaşınla avtoxuliqanlıq hərəkətləri etmişdir. Səhvini başa düşür, törətdiyi əməldən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş “Avtonəqliyyat vasitəsinin saxlanma qəbulu barədə” 28 sentyabr 2023-cü il tarixli aktın surətindən aydın olur ki, “Xəzər” markalı, ** PX *** dövlət nömrə nişanlı avtomobil 28 sentyabr 2023-cü il tarixdə, saat 20:00-da öz hərəkəti ilə nəqliyyat vasitəsi duracağa yerləşdirilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə təqdim edilmiş videogörünütüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs həqiqətən də 28 sentyabr 2023-cü il tarixdə avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə əsas cəza növü kimi inzibati cərimə edilməklə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması daha ədalətli və məqsədə müvafiqdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2126/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2126/2023
11.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver