Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2127/2023 23.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2023-cü il tarixli, 00100/02243 saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X3 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2023-cü il tarixli, 00100/02243 saylı inzibati tənbeh vermə haqqında qərarın icrasına xitam verilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən barəsində 03 oktyabr 2023-cü il tarixdə qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinə əsasən 5015 (beş min on beş) manatın 45% həddində, yəni 2256 manat 75 qəpik məbləğində inzibati cərimə edilmişdir. Bildirmək istəyir ki, Gürcüstan Respublikasının "RACHA 2017" CO.LDT şirkəti ilə aralarında 20 iyul 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən avadanlığın dəyərinin 100%-i tam olaraq nəğd şəkildə 26 iyul 2017-ci il tarixdə hesabına ödənmiş və bütün rəsmi əməliyyatlar həyata keçirilmişdir. Yəni sözü gedən məsələnin üzərindən 06 il müddət keçmişdir. Məhkəmə iclasında işitrak edən şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2023-cü il tarixli, 00100/02243 saylı qərarının ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzər materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, həmçinin X3 barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2023-cü il tarixli, 00100/02243 saylı qərarı və iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 03 oktyabr 2023-cü il tarixli, 00100/02243 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə fəaliyyət həyata keçirməklə fiziki şəxs X1 fəaliyyəti ilə əlaqədar Gürcüstan Respublikasında fəaliyyət göstərən “RACHA 2017 LTD” şirkəti ilə bağlanmış müqavilə əsasında “Ekskavatora qoşulan qayaqıran çəkic Pocutec PBV80 ser:50B11A22-1ədəd, SM 150 GS ser:130A12F08-1 ədəd” malın dəyəri sonradan ödənilmək şərti ilə 2950.00 (iki min doqquz yüz əlli dollar) ABŞ dolları qiymətinə sataraq xx.xx.2017-ci il tarixli **********4043 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə, Gömrük bəyannaməsinin 37-ci qrafasında malların “konsiqnasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Gürcüstan Respublikasında fəaliyyət göstərən “RACHA 2017 LTD” şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********4043 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 5015.00 (beş min on beş manat) manat təşkil edən 2950.00 (iki min doqquz yüz əlli dollar) ABS dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud diger bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən gaytarmamışdır. Göründüyü kimi yuxarıda qeyd olunan inzibati xəta hadisəsi üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarına əsasən "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda, baş vermiş inzibati xəta hadisəsi faktının 31 avqust 2023-cü il tarixdə aşkar edilməsi qeyd edilsə də məhkəmə bu arqumenti tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, şəxsə istinad olunan əməl gömrük xidmətinin müvafiq qaydada vahid avtomatlaşdırılmış idarəetmə sistemi (VAİS) vasitəsilə elektron qaydada rəsmiləşdirilməli olduğundan həmin inzibati xətanın aşkara çıxarılması avtomatik olaraq müvafiq malın göndərildiyi 21 iyul 2017-ci il tarixdən 180 gün, yəni 06 ay keçdikdən sonra yaranır. Göründüyü kimi törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi 21 yanvar 2018-ci il tarixdə baş vermiş və həmin müddətdən beş il səkkiz aydan artıq vaxt keçmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, sözügedən inzibati xəta hadisəsinin uzanan inzibati xətalara aid edilməsi də qanunauyğun deyildir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinməsinə dair Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş 03 oktyabr 2023-cü il tarixli, 00100/02243 saylı inzibati tənbeh vermə haqqında qərarı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2127/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2127/2023
23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver