Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2129/2025 30.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, X2, DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 07 sentyabr 2025-ci il tarixli, EQ 30491515 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, massiv 3 ünvanında yaşayan X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci tarixli EQ 30491515 saylı elektron qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ xx.xx.2025-ci tarixli EQ 30491515 saylı elektron qərarı əsasında mən Azərbaycan Respublikası İXM-nin 346.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 40 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir, aşağıdakı səbəblərə görə barəmdə qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun barəsində tərtib edilmiş qərarda xx.xx.2025-ci il tarixdə saat 15:40:30da idarə etdiyim " Chagan Qiyuan A05 plug-in hibrid minik" markalı ** SM *** dövlət qeydiyyat nişanlı nişanlı avtomobillə F.Əmirov küçəsində taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayamasına və durmasına görə əsassız olaraq onu cərimə etmişlər. Bununla əlaqədar bildirirəm ki, mən qanuni əsaslarla taksi fəaliyyəti ilə məşğul oluram. Belə ki, taksi minik avtomobilərinin sürücüsü etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşınmalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçərək şəhadətnamə almışam. Azərbycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikası X1 tərəfindən taksi minik avtomobillərin ilə sərnişin daşımaq üçün 7 il müddətinə xx.xx.2031-ci il tarixədək buraxılış vəsiqəm vardır. Həmin vəsiqəyə görə də Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul ola bilərəm. Lakin əsassız olaraq mənim barəmdə qanunsuz taksi fəaliyyəti ilə məşğul olmağıma dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsində qeyd edilir ki, taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə məsuliyyət daşıyır. Lakin mən heç bir qanunsuz taksi fəaliyyəti ilə məşğul olmamışam. Mənim taksi sürücülüyü ilə məşğul olmaq üçün xüsusi icazəm olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddasinə asasən inzibati məsuliyyətə cəlb Oluna şəxsin təqsirli olması barəsində olan sübutlar onun xeyrinə həll olunur. Həmin Məcəllənin 6.2-ci maddəsinə asasən inzibati xətalar haqqında işlər Üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarati ilə, məhkəmə prokuror nəzarəti ilə və șikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 105.1-ci maddəsina osasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyatli orqan (vəzifəli şəxs) inzibati xəta haqqnda işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanin (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya huquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan șikayət verə bilər. Yuxarıda sadaladığım normalardan da görünür ki, kimi tam əsassız olaraq barəmdə protokol tərtib edilmiş və əsassız olaraq inzibati qərar qəbul edilmişdir. Ona görə də qeyd etdiklərimi və Azərbaycan Respublikası İnizbati Xətalar Məcəllasinin 134.1.3-cü maddəsinə asasən məhkəmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci tarixli EQ 30491515 saylı elektron qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X4 öz izahatında şikayəti müdafiə edərək bildirmişdir ki, "Changan Qiyuan A05 Plug-in Hibrid minik" markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobillə rəsmi qaydada taksi fəaliyyəti ilə məşğul olur, Belə ki, ona X1 tərəfindən taksi minik avtomobillərində sərnişin daşımaq üçün 7 il müddətinə xx.xx.2031-ci il tarixədək buraxılış vərəqəsi verilmişdir. Bununla bağlı AYNA tərəfindən ona verilmiş fərqlənmə nişanını idarə etdiyi avtomobilin qabaq alın şüşəsinin sağ yan yuxarı hissəsində yerləşdirmişdir. Odur ki, barəsində qəbul edilmiş qərarın ləğv olunmasını və 2 balın siliməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN-nin BDYPİ-sinə təkrarən rəsmi məlumat verilsə də nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdırararq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 07 sentyabr 2025-ci il tarixli, EQ 30491515 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, 07 sentyabr 2025-ci il tarixdə, saat: 15:40 radələrində F.Əmirov küçəsində “Chagan Qiyuan A05 plug-in hibrid minik” markalı ** SM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçi X4 tərəfindən taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə İXM-nin 346.6-cı maddəsinin tələblərini pozmuş və 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə baxışında mübahisələndirməyən fotoşəkillərdən də aydın olur ki, qeyd olunan avtomobil 07 sentyabr 2025-ci il tarixdə saat: 15:40 radələrində F.Əmirov küçəsində taksi duracağında dayanmış və həmin avtomobilin üzərində hər hansı bir fərqlənmə nişanının olduğu müşahidə edilmir. Bundan başqa şikayət ərizəsinə əlavə edilmiş 15 may 2024-cü il tarixli AYNA tərəfindən verilmiş buraxılış vəsiqəsinin surətindən görsənir ki, X3 15 may 2031-ci il tarixədək taksi minik avtomobilləri ilə sərnişin daşımalarına icazə verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinin tələbinə əsasən Taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman müəyyən edilmişdir ki, X4 yuxarıda qeyd olunan tarixdə və yerdə avtomobili saxlayarkən avtomobilin üzərində digər şəxslərin görə bilmələri üçün hər hansı bir fərqlənmə nişanının olduğu müşahidə edilmir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən qəbul edilmiş 07 sentyabr 2025-cü il tarixli, EQ 30491515 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2129/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2129/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver