Məhkəmə qərarları › İş №3(002)-213/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-213/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-213/2022 10.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 10 fevral 2022-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 10 fevral 2022-ci il tarixdə saat 13:05 radələrində Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində mobil telefonla danışarkən uca səslə nalayiq küçə söyüşləri işlətmişdir. Buna görə də Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis baş leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis baş leytenantı X2 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis aş leytenantı Rəşad Möhübbətzadə 10 fevral 2022-ci tarixdə Qaradağ rayonu Ələt qəsəbəsində inzibati ərazisə xidmətdə olarkən bir nəfər şəxsin mobil telefonla danışarkən nalayiq ifadələr və küçə söyüşləri söydüyünü görüb ona yaxınlaşmış, özünü təqdim edərək əməlinin qanunsuz olduğunu bildirmişdir. Buna baxmayaraq Şəxs əməlinə davam etmiş və polis əməkdaşı ilə mübahisə etməyə başlamışdır. Nəticədə həmin şəxs polis bölməsinə dəvət olunmuş, bölmədə həmin şəxsin vətəndaş Şəxs olduğu aydınlaşmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, 10 fevral 2022-ci il tarixdə Ələt qəsəbəsində olan zaman mobil telefonla danışırmış. Həmin an çox əsəbi olduğundan ictimaiyyət arasında nalayiq ifadələr və küçə söyüşləri işlətmişdir. Bu zaman polis əməkdaşı ona yaxınlaşaraq irad bildirmiş və onu Polis Bölməsinə dəvət etmişdir. O, öz izahatında tutduğu əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş matetirallarını araşdıraraq və Şəxsnun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tədbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar