Məhkəmə qərarları › İş №3(002)-214/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-214/2021

18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-214/2021 18.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1 ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: X3, Qaradağ Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, barəsində tərtib edilmiş MN ******* saylı protokola düzgün baxılmasını xahiş etmişdir. Məhkəmə bir nüsxədən ibarət olan ərizəni nəzərdən keçirib hesab edir ki, ərziə natamam olduğundan və məhkəməyə edilmiş xahiş qeyri-müəyyən olduğundan ərizə geri qaytarılmalıdır. Belə ki, X3 ərizəsinə heç bir sənəd (yəni protokol və protokol əsasında qəbul edilmiş qərar, o cümlədən şəxsiyyətini təstiq edən hər-hansı bir sənəd) əlavə etməmişdir. Qanunvericiliyə əsasən inzibati protokol əsasında qəbul olunmuş qərardan şikayət vermək mümkünlüyü nəzərdə tutulmuşdir. Lakin ərizəyə hər hansı bir protokol və eləcə də protokol əsasında qəbul edilmiş qərarın surəti əlavə edilmədiyindən və eləcə də, məhkəməyə ünvanlanmış xahiş qeyri-müəyyən formada yazıldığından ərizənin icraata qəbul edilib mahiyyəti üzrə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsində göstərilir ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş ərizə geri qaytarılsın. X2 izah edilsin ki, mübahisələndirdiyi inzibati xəta haqqında protokol əsasından qəbul edilmiş qərarı təqdim etməklə həmin qərarın ləğvinə dair müraciətlə yaşayış yeri üzrə və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə yenidən müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar