Məhkəmə qərarları › İş №3(002)-2147/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2147/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2147/2025 24.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolunun ləğv edilməsi barədə şikayət ərizəsinə və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolunun ləğv edilməsi barədə şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, inziabti protokol və onun əsasında tətbiq olunmuş cərimə qərarının və həmin qərar əsasında hesablanmış cərimə borcunun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. X2 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə İXM-nin 133.2.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati protokolu, X1 şikayət ərizəsini nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında protokol İXM-nin 342.9-cu maddəsi ilə tərtib edilmişdir. İş materiallarından görünür ki, inzibati xətaya səbəb olan hadisə Şamaxı rayonu ərazisində baş vermişdir. Bu səbəbdən, X2 Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolunun ləğv edilməsi barədə şikayət ərizəsinə baxmaq səlahiyyəti Şamaxı Rayon Məhkəməsinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən vəsatət yazılı formada verilir. Lakin, hazırki iş üzrə belə vəsatət mövcud deyildir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokolunun ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş materiallar baxılması üçün aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar