Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2152/2025 10.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X9, X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili X3 iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Tərtər rayonunda doğumuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Tərtər rayonu, Bəyimsarov kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin icraatında olan e-2(002)-1546/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ərizəçi Şəxs xx.xx.2022-ci il təvəllüdlü X5 ilə hər həftənin çərşənbə günü və şənbə günü saat 15:00-dan axşam saat 18:00-a qədər sərbəst şəkildə cavabdehin iştirakı olmadan ünsiyyətdə olması üçün müvəqqəti görüş vaxtı müəyyən edilməsinə dair Qaradağ Rayon Məhkəməsinin 16(002)-109/2025 saylı, 13 avqust 2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X12 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan MN serialı, ******* saylı, 10 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X12 məhkəmə iclasında bildirmişdir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə iltizam yazılmasına baxmayaraq Qaradağ Rayon Məhkəməsinin 16(002)-109/2025 saylı, 13 avqust 2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərii yerinə yetirilməmişdir. Belə ki, Şəxs icra vərəqəsinin icrası ilə bağlı X2 xx.xx.2025-ci il tarixdə götürmüş və icra sənədində nəzərdə tutulduğu halda atasına qaytarmamışdır. Bununla bağlı Şəxs ilə əlaqə saxlanılmış və icra şöbəsinə dəvət edilmişdir.Lakin Şəxs sözügedən icra sənədini icra etməyəcəni və uşağı atasına qaytarmayacağını bildirmişdir. Şəxs şöbəyə gəlməkdən imtina etdiyi üçün barəsində axtarış elan edilmiş və o tutularaq polis əməkdaşları tərəfindən tutularaq şöbəyə təhvil verilmişdir.Qeyd olunanlara əsasən Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qızı Melisa Rüstəmova görüş üçün ona verilmiş, lakin o bu vaxta qədər uşağı atasına qaytarmamışdır. Uşağının sağlamlığına görə, və onun baxımı qane etmədiyinə görə atasına qaytarmayacaq.Uşağı həkim müayinəsindən keçirmiş və onda qan azlığı müəyyən edimişdir.Hal hazırda Melisanı özəl baxçya qoydurmuşdur. Uşaq azyaşlı olduğu üçün atasında qalmasını istəmir və uşağı qaytarmaq fikri də yoxdur. Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş edir. Şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, uşğın qaytarılması ilə bağlı icra məmuru ona zəng etmiş, lakin o, uşağı qaytarmayacağını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X7 bildirmişdir ki, inzibati protokolun tərtib edilməsi qanunvericiliyin tələbinə əsasən əsaslı olsa da milli-mənəvi dəyərlərə ziddir.İcra sənədinə əsasən görüş verilmiş uşağ Şəxs öz uşağıdır və azyaşlıdır.Ananın azyaşlı uşağına bağlılığı səbəbindən onu qaytarmaması təbii haldır.Artıq xx.xx.2025-ci il tarixli məhkəmə qətnaməsinə uşağın anasının yanında qalması ilə bağlı qərar qəbul, lakin qətnamə qanuni qüvvəsini almamışdır. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X10 bildirmişdir ki, uşağa anası baxmadığı üçün ona verilib. Şəxs tez-tez gecə klublarına getdiyi üçün uşaqdan xəbəri olmur. xx.xx.2025-ci il tarixdə uşağı icra məmuru vasitəsilə anasına vermiş,lakin o buvaxta qədər uşağı qaytarmamışdır.Uşağı tələb edir. Ona görə də Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 16(002)-109/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrası zamanı yaranmış öhdəlikləri qərəzli olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-109/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)-1546 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək ərizəçi Şəxs xx.xx.2022-ci il təvəllüdlü X5 ilə hər həftənin çərşənbə və şənbə günləri saat 15.00-dan axşam saat 18.00-a qədər sərbəst cavabdehin iştirakı olmadan ünsiyyətdə olması üçün müvəqqəti görüş vaxtı müəyyən edilmişdir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-109/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış, və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu X6 göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Şəxs X1 xx.xx.2025-ci il tarixdə 15.15-də Qaradağ Rayon İcra Şöbəsindən götürmüş və həmin gün saat 18.00-dək qaytaracağına dair söz vermiş, əks halda inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyinə dair ona xəbədarlıq olunmuşdur. İş materiallarında olan borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-109/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar İcra Şöbəsinə gəlməkdən imtina etdiyi üçün onun barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tərəflərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs icra sənədinin icrası ilə əlaqədar iltizam əsasında icra məmuru tərəfindən üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-109/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinin icrasını təmin etməmişdir. Habelə hazırki vaxtadək edilmiş xəbərdarlıqlara baxmayaraq, Şəxs icra sənədinin icrasından irəli gələn öhdəlikləri yerinə yetirməkdən qərəzli şəkildə yayınmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2152/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2152/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver