Məhkəmə qərarları › İş №3(002)-2154/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2154/2025

10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2154/2025 10.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Babayeva Nərmin Sahib qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PŞ-nin sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PŞ-nin sahə rəisi, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən MN ******* saylı, 10 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Həmin protokoldan və iş materiallarından aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixində Sahil qəsəbəsi, N.Nərimanov küçəsində narkotik maddə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən 38-ci PŞ-nin sahə rəisi, polis mayoru X5 protoklu müdafiə edərək bildirmişdir ki, post patrul əməkdaşları gecə saatlarında qəsəbə ərazisində vətəndaşı şüphəli şəxs qismində tutaraq polis bölməsinə gətirmişdirlər. Vətəndaş özüdə polis əməliyyatçıları ilə söhbəti zamanı oktyabr ayının 2-i 10 manata tanımadığı adamdan marixuana əldə edərək öz həyətində istifadə etdiyini bildirmişdir. Şəxsin bundan əvvəl heç bir inzibati və cinayət məsuliyyəti olmamışdır. Məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, əməlini qəbul edərək ondan peşmandır. Hal-hazırda ailələdir və bir uşağı vardır. Ailə Rusiya Federasiyasında yaşayır. Restoranda ofisiant işləyir və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 10 oktyabr 2025-ci il tarixli, 6279 nömrəli rəyindən aydın olur ki, Şəxs kannabiodlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstələyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mülaicəyə ehtiyacı yoxdur. Ərazi norkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2025-ci il tarixli, Qaradağ RPİ-nin 38-ci PŞ-nın təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ qərara əsasən; 1. Toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilsin. 2. Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsilə inzibati qaydada məsuliyyətə cəlb olunsun və ərazi aidiyyatı üzrə dispanserdə qeydiyyata alınsın. 3. Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna göndərilsin. 4. Material saxlanılması üçün Qaradağ RPİ-in 38-ci PB-in arxivinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törətdiyi əməli etiraf edərək səmimi peşiman olmasını, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmamasını və əməlində məsuliyyəti ağırlaşdıran halların olmamasını, əməli ilk dəfə törətməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar