Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2155/2025 10.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rəfail Fərid oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Masallı rayonu, Ərəb kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən 10 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis kapitanı X5 protoklu müdafiə edərək bildirmişdir ki, 08 oktyabr 2025-ci il tarixdə saat 21:02 radələrində Lökbatan qəsəbəsi “Meyvəli” topdansatış bazarında polis əməkdaşları 5-ci sırada köşkün içərisində olan şəxslərdən şübhələnərək onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Yaxınlaşdıqda onların əllərində narkotik maddəyə bənzər şübhəli bir şey istifadə etdikləri görülmüş və dərhal hər üçünü Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs narkotik vasitələrin və psixatrop maddələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. Belə ki, həmin şəxs Səhiyyə Nazirliyi Respublika X9 Şəxsində müayinədən keçirilmiş və narkotik vasitələrdən AMP(+), COC(+), (THC +) BZO(+), MDMA(+), BAR(+), MET (+), TML(+), PGB(+) MTD (+) və MOP(+)növündən istifadə etməsi faktı aşkar edilmişdir. Bütün bunlara əsasən onun barəsində 10 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında əvvəllər bir-iki dəfə narkotik vasitə hesab edilən “kokosdan” istifadə etdiyini bildirmişdir. 08 oktyabr saat 21:02 radələrində Lökbatan qəsəbəsi “Meyvəli” topdansatış bazarında 5-ci sırada köşkün içərisində qardaşı X8 və dostu X2 ilə narkotik vasitə olan heroin çəkən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra orada nə işlə məşğul olduqlarını soruşmuşdur. Onlar isə narkotik vasitə istifadə etddiklərini demişlər. Bundan sonra polis əməkdaşları onları Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmiş və müayinədən keçirilmişlər. O, öz izahatında səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu, bu işə görə qardaşının 15 gün müddətə inzibati qaydada həbs edildiyini, özünün İkinci Qarabağ müharibəsi iştirakçısı olmaqla dəfələrlə təltif edildiyini və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” bazarı ərazisində narkotik vasitə heroindən istifadə etmişdir. Nəticədə İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator X1 09 oktyabr 2025-ci il tarixli, 6256 nömrəli rəyindən aydın olur ki, Şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə araşdırması zamanı müəyyən edlmişdir ki, Şəxs İkinci Qarabağ müharibəsinin iştirakçısı olmaqla “ Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. İş materiallarında olan 08 oktyabr 2025-ci il tarixli, “İnzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs qeyd olunan hadisə ilə əlaqədar 08 oktyabr 2025-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs “inzibati qaydada tutulmadan” dərhal azad edilsin. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2155/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2155/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver