Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2160/2025 13.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis polkovnik-leytenanatı X6, Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nın yol patrul xidməti inspektorları, polis baş serjantları X3 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 03 avqust 2005-ci ildə Rusiya Federasiyasının Çelyabinsk vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı subay, orta təhsilli, rəsmi qaydada işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan və protokoldan aydın olur ki, Şəxs 10 oktyabr 2025ci il tarixdə, saat təxminən 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Qazax yolunun 14-cü kilometrliyində sürücülük vəsiqəsi olmadan avtomaşın idarə edərkən polisin qanuni tələblərinə tabe olmamış və xırda xuliqanlıq hərəkətləri törədərək ictimai qaydanı pozmuşdur. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 13 oktyabr 2025-ci il tarixdə, MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis polkovnik-leytenanatı X10 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək göstərmişdir ki, 11 oktyabr 2025-ci il tarixdə, saat 12:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Qazax yolunun 14-cü kilometrliyində vətəndaş Şəxs Qaradağ RPİ-nin DYPŞ-nın əməkdaşları tərəfindən saxlanılmış, yoxlanış zamanı adını yanlış deyərək qardağının anket məlumatlarını demiş, şəxsiyyətini təsdiq edən sənədləri polis əməkdaşlarına təqdim etməkdən imtina etmiş, təkid edərək polis böləsinə gəlməkdən imtina etmiş, polisin qanuni tələblərinə tabe olmamış və xırda xuliqanlıq hərəkətləri törədərək ictimai qaydanı pozmuşdur. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın yol patrul xidməti inspektoru, polis baş serjantı X7 öz izahatında bildirmişdir ki, 11 oktyabr 2025-ci il tarixdə, saat təxminən 12:10 radələrində Şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Qazax yolunun 14-cü kilometrliyində “Changan” markalı ** BQ *** dövlət qeydiyyat nişanlı avtomaşın yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılmış, araşdırma zamanı həmin şəxs özünü qardaşı X2 təqdim etmişdir. Lakin yoxlama zamanı sistemdə belə bir şəxsin mövcud olmadığı aşkar edilmiş və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədlərin təqdim edilməsi tələb edilsə də o heç bir sənəd təqdim etməmişdir. Odur ki, qeyd olunan məsələnin araşdırılması üçün şəxs polis şöbəsinə dəvət edilsə də şöbəyə getməkdən imtina etmiş, səs-küy salmış, tabesizlik göstərmiş və polisin işinə mane olmuşdur. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın yol patrul xidməti inspektoru, polis baş serjantı X4 öz izahatında polis baş serjantı X3 göstərdiklərini təsdiq edərək eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, subaydır. 11 oktyabr 2025-ci il tarixdə, saat 12:00 radələrində qardaşı X5 etibarnamə ilə idarə etdiyi “Changan” markalı ** BQ *** dövlət qeydiyyat nişanlı avtomaşını heç kimin xəbəri olmadan götürərək Qaradağ rayon ərazisinə hərəkət edərkən Lökbatan qəsəbəsi, Bakı-Qazax yolunun 14-cü kilometrliyində qayda pozduğuna görə YPX-nin əməkdaşı tərəfindən saxlandığını ona telefon vasitəsi ilə bildirmişdir. O qorxduğu üçün özünü qardaşı kimi təqdim etmişdir. Polis əməkdaşları onu sorğu-sual edən zaman o qardaşı Elnura zəng etmiş və Polis Bölməsinə getmişdir. Polis Şöbəsinə gələn zaman qardaşı Elnurun polis əməkdaşlarının yanında olduğunu görmüş, sonra qaradaşı içəri keçmiş, 5-10 dəqiqə sonra polis əməkdaşı ilə çölə çıxmışdır. Qaradaşı rəisin onu təhqir etdiyini bildirmişdir. Həmin polis əməkdaşı ona oradan uzaqlaşmamağını bildirmişdir. Həmin vaxt o orada telefonla danışmışdır. Sonra polis əməkdaşı onu şöbəyə dəvət etmişdir. O şöbəyə dəvət edilməsinin səbəbini soruşarkən polis əməkdaşı onun dartışdırıb iki qolundan tutaraq əlavə kömək çağırmış və polis əməkdaşları ilə onu 10-cu PŞ-nə dəvət etmişlər. O hadisə zamanı heç kimin ünvanına heç bir nalayiq ifadə işlətməmiş və hər hansı nalayiq hərəkətlər etməmişdir. Odur ki, barəsində tədbir görülməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapsa da, ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməli və yalnız İXM-nin 535.1 maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarına əlavə edilmiş 11 oktyabr 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əlaqədar 11 oktyabr 2025-ci il tarixdə saat 18:30-də tutulmuş, 13 oktyabr 2025-ci il tarixdə, saat 12:00da tutulmadan azad edilmişdir. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2160/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2160/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver