Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2161/2025 13.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlu Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsindən daxil olmuş Şəxs Raminoviç barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, M ü ə y y ə n e t d i m: Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Şöbəsi tərəfindən Şəxs Raminoviç barəsində inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş öyrənilərkən onun baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilərkən Şəxs Raminoviç yetkinlik yaşına çatmadığı halda ona qanuni nümayəndə təyin edilməmiş və inzibati araşdırma qanuni nümayəndənin iştirakı olmadan aparılmış, eyni zamanda yetkinlik yaşına çatmayanların işlərinə baxarkən vəkilin iştirakı məcburi olduğu halda Şəxs Raminoviçin vəkildən imtina barədə ərizəsi alınmış və ona vəkil təyin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.1-ci inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Qaradağ Rayon Polis İdarəsi 10-cu PŞ-dən daxil olmuş Şəxs Raminoviç barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2161/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2161/2025
13.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver