Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2165/2024 20.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şəxs etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində İXM-nin 266.2 və 271-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs İnzibati Xətalar Məcəlləsinin 266.2 və 271-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Tərtib edilmiş 25 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 25 iyul 2024-cü il tarixdə Qaradağ rayonu, Sahil-Müşfiqabad yolunun sağ hissəsində, “X9 Tresti”nin Qaradağ, 609 saylı buruq sahəsində formalaşan tullantıların atılaraq qalaqlanması, basdırılması, həmçinin tullantıların emalı yerlərinin müəyyənləşdirilməməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, təmsil etdiyi idarənin 22 iyul 2024-cü il tarixli, 192 saylı sərəncamına əsasən tərəflərindən “Tullantılar haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinin icra vəziyyəti, həmçinin mövcud ekoloji qanunvericilik aktlarının icrasına nəzarət məqsədilə növbəti keçirilən reyd zamanı Qaradağ rayonu, Sahil-Müşfiqabad yolunun sağ hissəsində, “Socar” X9 Trestinin Qaradağ 609 saylı buruq sahəsinin ərazisində 04 (dörd) müxtəlif yerdə torpağın 1 m3 (ümumilikdə 4m3 həcmində ) həcmində qazılaraq tullantıların basdırılması üçün hazırlandığı müşahidə edilmişdir. Baxış zamanı həmin quyularda açıq torpaq səthinə məişət tullantılarının atılaraq qalaqlanması faktı aşkar edilmişdir. Həmçinin buruq sahəsində formalaşan suların boru vasitəsilə germetikləşdirilməyən torpaq sahəsinə axıdıldığı müəyyən olunmuşdur. Araşdırma ilə əlaqədar buruq rəisi tərəfindən məişət tullantılarının iyul ayının 10-u tarixində sonuncu dəfə daşıdıldığını bildirmişdir. Aşkar olunmuş faktla əlaqədar “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 47, “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanunun 9, 11, 12-ci maddələrinin, Nazirlət Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 saylı Qərarının tələblərinin pozulduğu “Socar X9” Trestinin səlahiyyətli nümayəndələrinə izah edilmişdir. Araşdırma müddətində əldə olunan sənədlər ərazidən çəkilmiş fotoşəkillər və izahat monitorinq aktına əlavə edilmişdir. Beləliklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən törədilən xətalar bundan ibarətdir; “tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması və sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi. Bütün bu halların nəzərə alınaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, yuxarıda qeyd olunan pozuntu ilə əlaqədar 25 iyul 2024-cü il tarixdə istər “Monitorinq aktı”, istərsə də protokol tərtib edilərkən Şəxs Sahil istehsalat bölümünün ƏM və TT üzrə böyük mühəndisi Zakir Eminbəyli və Şəxs Qaradağ 609 saylı buruğun rəisi Bəylər Mustafayev iştirak edərək aktı və protokolu imzalamışlar. Bundan başqa böyük mühəndisi X5 verdiyi izahatında da qeyd olunan faktı bir daha təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə nümayəndəsi X8 öz izahatında təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, yuxarıda qeyd edilən reyd zamanı izahatı alınmış Zakir Eminbəyli və Bəylər Mustafayevin izahat vermək və Tresti təmsil etmək üçün səlahiyyətləti olmamamışdır. Belə ki, həmin şəxslər tresti təmsil etmək üçün etibarnamə təqdim etməli idilər. Bundan başqa iş materialların əlavə edilmiş fotoşəkillərdən qeyd olunan ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxsnə aid olmasını sübut etmək mümkün deyildir. Bütün bunların nəzərə alınaraq təmsil etdiyi şirkət barəsində İXMnin 266.2-ci və 271-ci maddələri ilə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs tərəfindən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulması, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 266.2 və 271-ci maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bu fakt iş materiallarına əlavə edilmiş sənədlər və fotoşəkillərlə də öz təsdiqini tapır. Belə ki, 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasının gedişində təqdim etdiyi və məhkəmə iclasında tədqiq edilmiş Şəxs Sahil istehsalat bölümünün ƏM və TT üzrə böyük mühəndisi X1 25 iyul 2024-cü il tarixdə verdiyi izahatından da göstərilmişdir ki, X9 Tresti”nin Qaradağ, 609 saylı buruq sahəsində məişət tullantılarının qalaqlanmadan atılır, həmçinin buruq sahəsində formalaşan çirkab suların emal yerləri müəyyənləşdirilmədən ətraf mühitə axıdılır. 10 iyul 2024-cü il tarixli “Tullantıların təhvil verilməsi haqqında” qəbzin surətindən aydın "xxxx" QSC ilə “Socar” arasında bağlanmış müqaviləyə əsasən məişət tullantıları daşıdılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.2-ci maddəsində göstərilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Yuxarıda qeyd olunan qanun normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs daha ciddi xətaya görə yəni, İXM-nin 266.2-ci maddəsi ilə təqsirli bilinərək tənbeh edilməlidir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikası İXMnin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10000 (on min) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2165/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2165/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver