Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2166/2024 02.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4, "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, "xxxx" MMC barəsində İXM-nin 239-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Tərtib edilmiş 26 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 26 iyul 2024-cü il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsi ünvanında yerləşən "xxxx" MMC tərəfindən ətraf mühitin müəssisə (istehsalat) və ya təsərüffat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatlarının aparılmaması, 2TG statistik hesabatların tərtib edilməməsi və təqdim edilməməsi faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, təmsil etdiyi idarənin 22 iyul 2024-cü il tarixli, 192 saylı sərəncamına əsasən Qaradağ rayonu xidməti ərazisində fəaliyyət göstərən müəssisələrin ətraf mühitə təsirinin uçot və hesabatının aparılması vəziyyəti ilə bağlı monitorinqlər keçirilmişdir. Tərəflərindən aparılan araşdırma zamanı "xxxx" MMC tərəfindən ətraf mühitə atılan (axıdılan) çirkləndirici maddələrin illik uçot hesabatı, o cümlədən formalaşan istehsalat və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatlar, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2TG (su, hava, tullantı) ilin statistik hesabatları tərtib edələrək 11 saylı RETSİ-nə təqdim etmədiyi müəyyən olunmuşdur. Qeyd olunanlarla bağlı onlar tərəfindən "xxxx" MMC 2 TG statistik hesabatların təqdim edilməməsi ilə bağlı aparılacaq inzibati araşdırma ilə bağlı 23 iyul 2024-cü il tarixli Ç-BM/2624-478 nömrəli rəsmi məktub ünvanlanmış və MMC-nin mühasibi Yusifov Rəhim tərəfindən 23 iyul 2024-cü il tarixdə qəbul edilmişdir. Məsələ ilə əlaqədar "xxxx" MMC-nin baş texnoloqu inzibati araşdırmada iştirak edərək MMC tərəfindən 2024cü ilin yanvar ayının 25-nə qədər 2 TG statistik hesabatların idarəyə təqdim edilmədiyini və qısa müddət ərzində tərtib olunaraq razılaşdırılması məqsədilə 11 saylı RETSİ-nə təqdim olunacağı bildirilmişdir. İdarə tərəfindən "xxxx" MMC-nin baş texnoloqu X2 yuxarıda göstərilənlər əlaqədar “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin, “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin tələbinin pozulduğu və bununla bağlı akt və MMC barəsində protokol tərtib olunacağı bildirilmişdir. X3 ictimai araşdırmada iştirak edərək izahat versə də aktın tərtib olunmasında iştirak etməkdən və qol çəkərək nüsxəni götürməkdən imtina etmişdir. Beləliklə "xxxx" MMC tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılması nzibati xətası törədilmişdir. Bütün bu halların nəzərə alınaraq "xxxx" MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 öz izahatında təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, yuxarıda qeyd edilən hesabatı hər il tabe olduqları X8 Agentliyinə verirlər. Bu ildən qayda dəyişdirilərək hər bir qurumun həmin hesabatı birbaşa Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinə təqdim etməsi müəyyən olunmudşur. Lakin təmsil etdiyi qurumun isə bundan xəbəri olmadığından hesabatı vaxtında İdarəyə təqdim etməmişdirlər. Halbuki "xxxx" MMC həmin sənədi hər il X8 Agentliyinə təqdim etmişdir. Hal-hazırda qeyd olunan hesabatı hazırlayaraq 11 X7 və Təbii Sərvətlər İdarəsinə təqdim etmək istəsələr də barələrində inzibati protokol tərtib edildiyi üçün hesabat qəbul edilmir. O öz izahatında daha sonra göstərmişdir ki, barələrində inzibati protokol tərtib edilərkən təmsil etdiyi şirkətin səlahiyyətli nümayəndəsi iştirak etməmiş, həmin protokolun surəti də rəsmi olaraq onlara göndərilməmişdir. Bütün bunların nəzərə alınaraq təmsil etdiyi şirkət barəsində İXM-nin 239-cu maddəsi ilə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, material natamam olduğundan yenidən araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmalıdır. Belə ki, inzibati araşdırma zamanı qeyd olunan statistik hesabatın 11 X7 və Təbii Sərvətlər İdarəsinə hansı orqan yəni, "xxxx" MMC və yaxud X8 Agentliyi tərəfindən təqdim edilməsi və buna görə hansı orqanın məsuliyyət daşıması aydınlaşdırılmamışdır. Bundan başqa iş materialları araşdırılarkən yuxarıda qeyd olunan inzibati araşdırma ilə əlaqədar qəbul edilmiş protokolun surətinin "xxxx" MMC-yə hər hansı bir formada göndərilməsinə dair iş materiallarında heç bir sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsində göstəilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nın İXM-nin 239-cu maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X7 və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2166/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2166/2024
02.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver