Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2167/2024 03.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə MN ******* nömrəli, 26 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, 26 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 27-30 km-də fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ətraf mühitin müəsisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatlarının aparılmadığı və 2TG statistik hesabatların təqdim ediməməsi faktı aşkar edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 protokola etiraz edərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ətraf mühitin müəsisə (istehsalat) monitorinqinin və ya təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatları hər il aparılmış və bununla bağlı hesabatlar sorğu verən orqan, yəni Dövlət Satistika Komitəsinə göndərilmişdir. Fəaliyyət göstərdikləri ərzində qeyd edilən statistik hesabatlar heç vaxt Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tələb edilməmiş və onların bu haqda məlumatları olmamışdır. Buna görə də inzibati protokol əsassız tərtib edilmişdir və barələrində olan inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini xahiş edir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin etibarnamə üzrə nümayəndəsi X3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyiyinin əməkdaşları tərəfindən aparılan inzibati araşdırmaya müəssisənin nümayəndəsi dəvət edilməmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında inzibati protokolu müdafiə edərək və "xxxx" MMC-nin inzibati qaydada cərimə edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd edilən statistik hesabatlar iyul ayında "xxxx" MMC tərəfinən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinə təqdim edilmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC əməlində inzibati xəta tərkibi olmadsığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC tərəfinən ətraf mühitə atılan(axıdılan) çirkənləndirici maddələrin İllik uçot və hesabatı, o cümlədən formalaşan istehsalat və və məişət tullantılarının (təhlükəli və təhlükəsiz) həcmi barədə məlumatların, həmçinin həmin məlumatlar əsasında tərtib edilmiş 2TG(su, hava tullantı) illik hesabtların Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsinə göndərilməsi barədə MMC yə hər hansı məktub ünvanlandırılmamış və 23 iyul 2024-cü il tarixli formal məktub əsasında "xxxx" MMC inzibati orqan tərəfindən daha əvvəl tarixdə, yəni 19 iyul 2024-cü il tarixdə 11 X4 və Təbii Sərvətlər İdarəsində aparılacaq inzibati araşdırmaya dəvət edilmişdir.Bundan başqa "xxxx" MMC-dən qeyd edilən statistik hesabatların rəsmi qaydada tələb edilməsi ilə bağlı inzibati orqanın nümayəndəsi tərəfindən məhkəmə iclasında hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabatlardan da göründüyü kimi "xxxx" MMC tərəfindən 2023-cü il üzrə ətraf mühitə atılan(axıdılan) çirkənləndirici maddələrin uçot və hesabatı aparılmışdır. Məhkəmə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində MN ******* nömrəli, 26 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2167/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2167/2024
03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver