Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2176/2024 06.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 05 avqust 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 25 iyul 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs ünvan 2 ünvanında yaşayan bibisi X5 məxsus 350 manat dəyərində “Samsung” markalı mobil telefonu sonuncunun yaşadığı mənzildən oğurlamışdır. Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru X3 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan X6 17 iyul 2024-cü il tarixdə 38-ci PB-ya ərizə ilə müraciət edərək təxminən bir ay əvvəl 350 manat dəyərində “Samsung” markalı telefonun Şəxs tərəfindən oğurlandığını bildirmişdir. Faktla bağlı araşdırma aparılmış və hadisəni törətmiş Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs halhazıradək vurulmuş ziyan üzrə heç bir ödəniş etməmişdir. Odur ki, barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən bir ay yarım olar ki, bibisi Nuriyyəgildə olarkən qonaq otağında olarkən qara rəngli “Samsung” markalı mobil telefonu bibisindən xəbərsiz götürmüşdür. Daha sonra telefonu Kamal adlı şəxsə verib ondan 50 manat almışdır. O sonradan Kamala 50 manat verərək telefonu ondan almaq niyyətində olmuşdur, lakin iki həftə sonra Kamaldan telefonu götürmək istədikdə Kamal ona həmin telefonu başqa bir şəxsə satıdğını bildirmişdir. Buna görə də telefonu geri qaytara bilməmişdir. O, əməlindən peşiman olduğunu və hal-hazırda maddi imkanı olmadığından gələcəkdə zərərçəkənə dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 25 iyul 2024-cü il tarixli, Qaradağ RPİ-nin 38-ci PB-nın təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında “ qərara əsasən vətəndaş X2 müraciəti əsasında toplanmış materil üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi və işdə maraqlı olan tərəflərə göndərilməsi, qərarın surətinin qeyd olunan hadisəni törətmiş Şəxs barəsində İXM-nin İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi edilməsi üçün Qaradağ RPİ-nin 38-ci PB-na həvalə edilməsi, materialın saxlanılması üçün Qaradağ RPİ-nin 38-ci PB-nın arxivinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlunun törətdiyi xırda talama hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş 05 avqust 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs oğlu qeyd olunan xırda talama hadisəsi ilə əlaqədar 05 avqust 2024-cü il tarixdə saat 19:15-də tutulmuş, 06 avqust 2024-cü il tarixdə, saat 10:00-də azad edilmişdir. Odur ki, bu hal İXM-nin 30.3-cü maddəsinə tənbeh tətbiq edilərkən nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Şəxs inzibati qaydada tutulduğu 01 (bir) gün nəzərə alınmaqla, İXM-nin 30.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 24 (iyirmi dörd) gün müddətinə inzibati həbs saxlanılsın. 3.Həbs müddətinin əvvəli 06 avqust 2024-cü il saat 11:30-dan hesablansın. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-ya həvalə edilsin. 5.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2176/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2176/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver