Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2177/2024 06.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyat olmaqla ünvan 2anında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-1164/2024 saylı, 15 may 2024-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1164/2024 saylı, 15 may 2024-cı il tarixli icra vərəqəsinə əsasən iddiaçı X3 məxsus ünvan 3 ünvanında iddiaçının yaşadığı otağın həyətə açılan (hazırda hörülmüş) qapısının bərpa edilməsi və içəridən digər otağa açılmış qapının bağlanması öhdəliyi cavabdeh Şəxs üzərinə qoyulması, həyətə açılan iki qapının ortasından iddiaçının öz vəsaiti hesabına tikinti norma qaydalarına əməl etməklə hasar çəkməsinə maneçiliyin törədilməsi cavabdeh Şəxs qadağan edilməsi qərara alınmışdır. İcra sənədi icraata daxil olduqdan sonra 01 iyul 2024-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu həmin bildirişi Qaradağ rayon İcra Şöbəsində 22 iyul 2024-cü il tarixdə almışdır. Borclu həmin tarixdə İcra Şöbəsində verdiyi izahatında özünün ünvan 2anında yaşadığını, yuxarıda qeyd olunan qətnamənin isə ünvan 4 ünvanı ilə bağlı olduğunu bildirərək qətnaməni icra etməkdən imtina etmişdir. Bu gün, yəni 06 avqust 2024-cü il tarixdə o digər icra məmurları və hal şahidləri ilə birlikdə qətnaməni icra etmək məqsədilə ünvan 4 ünvanında olmuş, lakin borclu qətnamənin icrası ilə bağlı üzərinə qoyulmuş öhdəliyi icra etməkdən imtina etmiş və qətnamənin icrasına mane olmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, borclu heç bir qanuni əsas olmadan yaşadığı mənzillə, qətnamədə qeyd olunan və rəsmi çıxarışı olan mənzilin ayrı-ayrı ünvanlarda yerləşdiyini bəhanə edərək qətnamənin icrasından yayınır. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 06 avqust 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 öz izahatında Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1164/2024 saylı, 15 may 2024-cı il tarixli icra vərəqəsinin borclu tərəfindən icrasına qəsdən maneçilik törədildiyini, borclunun öz üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirərək onun barəsində inzibati tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, onun qətnamənin icra edilməsinə heç bir etirazı yoxdur. Belə ki, onun yaşadığı ünvan ünvan 5 qətnamə isə ünvan 4 ünvanı ilə bağlı çıxarılmışdır. Bu gün, yəni 06 avqust 2024-cü il tarixdə icra məmurları onun yaşadığı “ev 9A” ünvanına gələrək qətnamənin icrasını tələb etmişlər, halbuki qətnamədə “ev 8G” ünvanı qeyd olunmuşdur. O öz izahatında qətnamənin icrasına hər hansı etiraz etmədiyini bildirərək barəsində başlanılmış inzibati iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın icra vərəqəsindən xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməməklə qətnamənin icrasına real maneçilik törədir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 06 avqust 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2177/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2177/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver