Məhkəmə qərarları › İş №3(002)-2179/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2179/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2179/2023 13.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 12 oktyabr 2023-cü il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Kənar dairəvi yolda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənlərə əsasən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X5 bildirmişdir ki, Şəxs 12 oktyabr 2023-cü il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Kənar dairəvi yolda xidmət aparan yol patrul xidməti əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmişdir. Qeyd edilən inzibati xəta ilə bağlı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə Sədərək Ticarət Mərkəzindən kənar dairəvi yola çıxan zaman yol patrul xidməti əməkdaşları ona saxla əmri vermişlər. Avtomobili saxladığı zaman polis əməkdaşı dönmə siqnalını yandırmadığını bildirmişlər. O, qaydanı pozmadığını, protokol yazılarsa ondan şikayət edəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona qarşı aqressiv danışmağa başlamışlar. Sonradan telefon vasitəsilə yolu çəkməyə başlamış, lakin polis əməkdaşları telefonu onun əlindən zorla alaraq onu məcburi qaydada maşına mindirib bölməyə aparmışlar. O, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmiş, əksinə sakit tərzdə patrul avtomobilinə oturaraq bölməyə getmişdir. Polis əməkdaşlarının videoçəkiliş aparmaqla bağlı tələbi qanunsuzdur. Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil Şəxs dediklərini təsdiq etmiş və onun əməlində inibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti bölüyü yol patrul xidməti inspektoru X6 bildirmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə, saat təxminən 10.30 radələrində Sədərək Ticarət Mərkəzindən dairəvi yola çıxan ərazidə xidmət aparan zaman Şəxs dönmə siqnalından istifadə etmədiyi üçün saxlamışlar. Sürücü saxlanıldıqdan sonra ona saxlama səbəbi başa salınmış, lakin sürücü onlarla aqressiv danışmağa başlamışdır. Sürücüdən sənədlər tələb edilsə də o sənədləri təqdim etməmiş, maşından düşərək mobil telefon vaitəsilə onları çəkərək təzyiq göstərməyə başlamış və onunla tutuşmuşdur. Bundan sonra sürücü patrul maşını ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparılmışdır. Məhkəmə iclasında iş üzrə şahid Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Ekoloji nəzarət üzrə Yol-Patrul Xidməti bölüyü yol patrul xidməti inspektoru X2 bildirmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə, saat təxminən 10.30 radələrində Sədərək Ticarət Mərkəzindən dairəvi yola çıxan ərazidə xidmət aparan zaman Şəxs dönmə siqnalından istifadə etmədiyi üçün saxlamışlar. Lakin sürücü onlara tabesizlik göstərərək sənədləri təqdim etməkdən imtina etmiş və onları telefon vasitəsilə çəkməyə başlamışdır. Sürücü tərəflərindən dəfələrlə xəbərdar edilməsinə baxmayaraq öz qanunsuz əməllərini davam etdirmiş və bundan sonra saxlanılaraq patrul maşını ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparılmışdır. Məhkəmə iclasında iş üzrə şahid X3 bildirmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə səhər saatlarında işi ilə əlaqədar avtobusla Qartal Mühafizə şirkətinə gedirmiş.Lakin başı qarışdığı üçün getdiyi yerdən aralanmış və buna görə də avtobusu saxlatdıraraq aşağı düşmüşdür.Yolu keçən zaman yol patrul xidməti əməkdaşlarının tanımadığı bir sürücünün maşınını saxladıqlarını görmüşdür. Polis əməkdaşları sürücüdən sənəd tələb elədilər. O da sənədlərini verməyərək əcəb etdiyini bildirirdi.Ondan sonra sürücünü maşına otuzdurdular. Şəxs əməlini etiraf etməyərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə izahat versə də, qeyd edilən əməl işinin faktiki halları ilə öz təsdiqini tapdığından məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatına tənqidi yanaşaraq bu izahatı özünü müdafiə məqsədi ilə inzibati məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş izahat kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki məhkəmə, Şəxs avtomobilin idarə edilməsi ilə bağlı sənədləri yol patrul xidməti əməkdaşlarına tələb edilən anda təqdim etməməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta kimi qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilir. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, məsuliyyəti yüngülləşdirən halın nəzərə alaraq, ona cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar