Məhkəmə qərarları › İş №3(002)-2189/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2189/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2189/2024 20.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlu Şəxs barəsində Qaradağ rayon Polis İdarəsindən İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs barəsində Qaradağ rayon Polis İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə elektron informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən Şəxs ünvan 1 ünvanında yaşadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Qaradağ rayon Polis İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Hakim Teymur Qurbanov 3(002)-2189/2024 PROTOKOL (məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə) 20 avqust 2024-cü il Bakı şəhəri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Qurbanov Teymur Əhməd oğlu, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edir. Hakim iş materiallarını tədqiq edir. Hakim, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuş inzibati xəta haqqında materialın baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edir. Hakim Teymur Qurbanov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ AZ-1063 Lökbatan qəsəbəsi, Bünyədzadə küç., 3 Tel: (012) 445-31-84, Faks: (012) 445-31-84 www. garadagcourt.gov.az Elektron ünvan İş № 3(002)-2189/2024 20 avqust 2024-cü il Biləsuvar Rayon Məhkəməsinə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 3(002)-2189/2024 saylı, 20 avqust 2024cü il tarixli qərardadına əsasən inzibati material aidiyyəti üzrə baxılması üçün Sizə göndərilir. Qoşma: 3(002)-2189/2024 saylı material cəmi “09” vərəqdə Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar