Məhkəmə qərarları › İş №3(002)-2195/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2195/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2195/2023 25.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1 iştirakı ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli 21 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “X5 A» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tabeliyində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatla bağlı ünvanlanmış 14 sentyabr 2023-cü il tarixli sorğuya 5 gün müddətində səlahiyyətli orqana cavab verilməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X2 İXP seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun məzmununa uyğun olaraq bildirmişdir ki, Qaradağ Rayon Polis İdarəsi DYPŞ-nin tərəfindən hüquqi şəxsin ünvanına bildiriş göndərilsə də 21 sentyabr 2023-cü il tarixdə Şəxs QSC-yə məxsus “X7 LC150 minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətdə səlahiyyətli orqana təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs QSC tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumat xx.xx.2023-ci il 11:23 radələrində DİN BDYPİ Mərkəzi informasiya bazasına daxil edilmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə Şəxs QSC barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, 21 sentyabr 2023-cü il tarixdə Şəxs QSC-yə məxsus “X7 LC150 minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətdə səlahiyyətli orqana təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin DYPŞ-nin rəisi polis polkovnik-leytenantı X4 tərəfindən Şəxs QSC-yə ünvanlanmış bildirişdən görünür ki, Şəxs QSC-nin balansında olan “X7 LC150 minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməsi, əks halda QSC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi DYPŞ tərəfindən Şəxs QSC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs QSC-nin rəsmi qeydiyyat ünvanına göndərilmiş və 14 sentyabr 2023-cü il tarixdə hüquqi şəxs tərəfindən imza edilməklə poçt vasitəsi ilə qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs QSC-dən sorğu ilə səlahiyyətli orqan tərəfindən müəyyən olunmuş müddətdə “X7 LC150 minik” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumat verilməsi tələb edilmiş, 14 sentyabr 2023-cü il tarixdə hüquqi şəxs tərəfindən imza edilməklə poçt vasitəsi ilə qəbul edilsə də, göndərilmiş sorğuya cavab verməyə səy belə göstərilməyərək laqeydlik göstərilmiş və səhlənkar yanaşılmışdır. Bununla da Şəxs QSC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar