Məhkəmə qərarları › İş №3(002)-22/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-22/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-22/2024 08.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-2249/2023 saylı, 15 avqust 2023-cü il tarixli və 2(002)-3508/2023 saylı, 22 noyabr 2023-cü il tarixli icra vərəqələrini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X12 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)- 1743/2017 saylı, 22 avqust 2017-ci il tarixli icra vərəqəsinə əsasən, 01 mart 2011-ci il təvəllüdlü X9, 24 fevral 2012-ci il təvəllüdlü X6 və 23 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 28 fevral 2017-ci il tarixdən başlayaraq Şəxs X8 xeyrinə hər ay hər uaşağa görə 137 manat olmaqla, 411 manat sabit pul məbləğində, 23 oktyabr 2016-cı il təvəllüdlü X3 3 yaşına çatana kimi saxlanması üçün əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Borclu 2017-ci ildə tutularaq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16 mart 2019-cu ildə azadlığa çıxmışdır. Cəzadan azad olunduqdan sonra aliment borcları yığıldığına görə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 06 may 2019-cu il tarixli qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Bundan sonra tərəflər təkrar bir yerdə yaşdıqlarından tələbkar X14 tərəfindən onlara hər hansı bir şikayət daxil olmamışdır. Bundan sonra tələbkar 12 aprel 2022-ci il tarixdə icraatın dayandırılması haqqında ərizə ilə müraciət edərək borclu Şəxs ilə birlikdə yaşadıqlarını, aralaraında razılıq əldə olunduğunu və bu səbəbdən onun barəsində heç bir tədbir görməməklə icra sənədinin icraatının dayandırlmasını xahiş etmişdir. Nəticədə 20 aprel 2022-ci il tarixdə icraatın dayandırılması haqqında qərar qəbul olunaraq ona əlavə edilmiş məlumatla birlikdə tərəflərə göndərilmişdir. Bundan sonra 02 may 2023-cü il tarixdə tələbkar X14 yenidən Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinə müraciət edərək borclu Şəxs ilə aralarında əvvəllər razılıq əldə olunsa da, bu yaxınlarda onu döydüyünü, bıçaqla hədə-qorxu gəldiyini, ailəsinə baxmadığını və aliment borcundan heç bir ödəniş etmədiyini qeyd edərək icraatın təzələnməsini xahiş etmişdir. Bundan əlavə Qaradağ rayon Məhkəməsinin 2(002)-2249/2023 saylı, 15 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən, 12 iyul 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 iyul 2023-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs iddiaçı X8 xeyrinə tutulması qət edilmişdir. Bundan başqa Qaradağ rayon Məhkəməsinin 2(002)-3508/2023 saylı, 22 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 12 oktyabr 2023-cü il tarixdən başlayaraq 12 iyul 2021-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X11 ödənilməsi qət edilmişdir. Həmin icra sənədləri icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu Şəxs 15 may 2023-cü il tarixdən "xxxx" MMC-də təchizat şöbəsində fəhlə vəzifəsində işləməklə aylıq əmək haqqısı 466 manat təşkil edir. Buna görə də borcun tutulması 05 iyun 2023-cü il tarixdən borclunun əmək haqqına yönəldilmişdir. Borclunun əmək haqqından qanunvericiliyin tələbinə uyğun olaraq hər ay 70% tutulduğundan borclunun bu günə əlavə 1000 manat aliment borcu yığılmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, boclu icra məmurunun çağırışlarından yayınmamış və çağırışlara vaxtı-vaxtında gəlmişdir. Bundan başqa borclunun rəsmi əmək haqqından başqa digər hər hansı bir gəlirə və ya qazanca malik olmasına dair icra şöbəsində heç bir məlumat yoxdur. Lakin hal-hazırda borclu aliment borcunu tam ödəyə bilmədiyi üçün onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə 09 yanvar 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X14 öz izahatında bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1743/2017 saylı, 22 avqust 2017-ci il tarixli icra vərəqəsinə əsasən, 01 mart 2011-ci il təvəllüdlü X9, 24 fevral 2012-ci il təvəllüdlü X6 və 23 oktyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 28 fevral 2017-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə 137 manat olmaqla, 411 manat sabit pul məbləğində, 23 oktyabr 2016-cı il təvəllüdlü X3 3 yaşına çatana kimi saxlanması üçün əlavə olaraq 50 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, ümumilikdə üç uşağa görə 411 manat aliment kəsilmişdir. 12 iyul 2021-ci il tarixdə X7 doğulmuşdur. Buna görə də Qaradağ rayon Məhkəməsinin 2(002)-2249/2023 saylı, 15 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən, 12 iyul 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 iyul 2023-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs onun xeyrinə tutulması qət edilmişdir. Bundan başqa Qaradağ rayon Məhkəməsinin 2(002)-3508/2023 saylı, 22 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 12 oktyabr 2023-cü il tarixdən başlayaraq 12 iyul 2021-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı X11 ödənilməsi qət edilmişdir. Aliment borcu borclunun əmək haqqına yönəldilsə də ümumilikdə 611 manat olan aliment borcu hər ay tam ödənilmir. Belə ki, borclunun aylıq əmək haqqısı 466 manat olmaqla onun yetmiş faizi aliment borclarının tam ödənilməsinə kifayət etmir. Bundan başqa borclu işinə məsuliyyətli yanaşmayaraq ötən ay ərzində doqquz gün işə getməmişdir. Belə olan halda onun aldığı alimentin miqdarı da aşağı olur. Odur ki, borclunun aliment borcunun tam ödəməsini xahiş etmiş, ödəmədiyi təqdirdə daha ağır inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Təqribən 2010-cu ildən X14 ilə qeyri-rəsmi birlikdə yaşayırlar. Qeyri-rəsmi nikahlarından 01 mart 2011-ci il təvəllüdlü X15, 24 fevral 2012-ci il təvəllüdlü X13, 23 oktyabr 2016-cı il təvəllüdlü X10 və 12 iyul 2021-ci il tarixdə X7 dünyaya gəlmişdir. 2017-ci ildə CM-nin 126.1-ci maddəsi ilə üç il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra əfvə düşmüş və cəzadan azad edilmişdir. 06 may 2019-cu il tarixdə Qaradağ rayon Məhkəməsinin 3(002)-675/2019 saylı qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra X14 ilə təkrar birlikdə yaşamağa başlamış və 12 iyul 2021ci il tarixdə Tunar adlı bir uşaqları da doğulmuşdur. Qaradağ rayon Məhkəməsinin 2(002)-2249/2023 saylı, 15 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən, 12 iyul 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 iyul 2023-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tələbkarın xeyrinə tutulması qət edilmişdir. Bundan başqa Qaradağ rayon Məhkəməsinin 2(002)-3508/2023 saylı, 22 noyabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən 12 oktyabr 2023-cü il tarixdən başlayaraq 12 iyul 2021-ci il təvəllüdlü X2 üç yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin iddiaçı X11 ödənilməsi qət edilmişdir. O əvvəllər rəsmi heç bir yerdə işləməsə də aliment borclarından ər ay kifayət qədər ödənişlər etmişdir. 15 may 2023-cü il tarixdən "xxxx" MMC-də təchizat şöbəsində fəhlə kimi işə düzəlmişdir və aliment borcu hər ay əmək haqqına yönəldilir. Əmək haqqı cəmi 466 manat olduğundan 611 manat aliment borcunu hər ay tam ödəməyə gücü çatmır. Əmək haqqının hər ay yetmiş faizi ailment borcuna yönəldilir. Bundan başqa hər hansı bir gəlirə və ya qazanca malik deyildir. Hər gün səhər saat 08:00-dan axşam saat 18:00-adək işdə olur. Hal-hazırda qalan aliment borcunu da ödəmək üçün ikinci iş yeri axtarışındadır. O aliment borcunun ödənilməsindən imtina etmir, qalan aliment borcunu da qısa müddətdə ödəməsi üçün əlindən gələni edəcəkdir. Həmçinin icra məmurunun çağırışlarından da yayınmır. Bütün bunların nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İcra işində olan 16 may 2023-cü il tarixli, 51 saylı arayışdan məlum olur ki, Şəxs 15 may 2023-cü il tarixdən "xxxx" MMC-də təchizat şöbəsində fəhlə vəzifəsində işləyir. Aylıq əməkhaqqı 466 manat məbləğindədir. Beləliklə məhkəmə araşdırılması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında borclunun icra məmurunun çağırışlarından yayınmasına dair də hər hansı bir sübut aşkar edilməmişdir. Bundan başqa məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsinin sanskiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi yuxarıda göstərilənlərə əsasən məqəsədə müvafiq deyildir. Belə ki, cərimə tənbeh növü borlunun onsuz da üzərində olan aliment borcunun ödənilməsini bir daha çətinləşdirər, inzbati həbs tənbeh tədbiri isə borclunun işdən yayınmasına gətirib çıxara bilər. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar