Məhkəmə qərarları › İş №3(002)-2206/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2206/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2206/2023 23.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət verən şəxs X5 iştirakı ilə, X5 Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X9 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, AQTA-nın Bakı Regional Bölməsinin rəisi X3 tərəfindən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 03 avqust 2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilərək o, İXM-nin 544.2 maddəsi ilə 4000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, **********51 saylı müraciət əsasında idxal edilmiş məhsullara dair sınaq protokolu tərtib edilməmişdir. Bildirmişdir ki, o gül gətirmiş və gömrük idarəsində həmin güldən nümunə üçün bir ədəd götürülüb labaratoriyaya aparılmışdır. Müayinədə sonra bildirmişlər ki, heç bir problem yoxdur, malınızı gömrükdən çıxara bilərsiniz, sadəcə labaratoriya üçün 28 manat 40 qəpik ödəniş olmasını bildirməmişlər. Onlar da malı götürüb çıxmış və həmin vaxtı ödəniş barədə onlara heç nə deməyiblər. Sonradan, yəni bir ildən sonra bildiriblər ki, guya bu barədə ona ev ünvanına bildiriş gəlibdir, lakin onun ev ünvanı və əlaqə telefonu dəyişildiyinə görə əlaqə saxlaya bilməyiblər və onu şərti olaraq 4000 manat cərimə etmişlər. Bu barədə müraciət edəndə ona bildirmişlər ki, 4000 manat şərti cərimə edilmişdir, əgər 28,40 manat pulu ödəsə həmin cərimədən azad edilir. O da 28,40 manat cəriməni ödəmiş, bundan sonra isə bildiriblər ki, həmin qərarı ləğv etmək onların səlahiyyətinə aid deyil. Bu barədə məhkəməyə müraciət etməlidir. Beləliklə də barəsində tərtib edilmiş inzibati xata haqqında protokol və həmin protokol əsasında tərtib edilmiş qərar əsassız olmaqla ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqinda işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xata haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvayə minmiş qararı ilə müayyan edilmadikda o, taqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddasinə əsasən inzibati masuliyyətə calb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrina həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətləra qasd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən va ya ehtiyatsızlıqdan törədilən) və inzibati masuliyyatə səbəb olan əməl (harəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 101.1-ci maddəsina əsasən inzibati xatanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barasində inzibati xəta haqqında üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Məhkəmə iclasında iştirak edən X9 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, onun “X10” ilə heç bir əlaqəsi yoxdur. Belə ki, bildiriş həmin ünvana göndərilmiş və o həmin bildirişdən iş yalnız Qaradağ rayon İcra Şöbəsinə göndərildikdən sonra, yəni 10 oktyabr 2023-cü il tarixdə məlumatlı olmuş və elə həmin gün də müvafiq rüsumu Azərbaycan Respublikası Qida X1 Təhlükəsizliyi İnstitutunun hesabına ödəmişdir. O izahatında daha sonra göstərmişdir ki, qeyd olunan məhsullar ölkəyə 19 sentyabr 2022ci il tarixdə daxil olmuş və 28 sentyabr 2022-ci il tarixdə götürülmüş nümunələrə dair sınağın bitdiyi tarix müəyyən edilmişdir. Lakin ona məlum olmayan səbəbdən inzibati məsuliyyətə cəlbetmə keçdikdən uzun müddət sonra, yəni 25 iyul 2023-cü il tarixdə ona heç bir məlumat verilmədən və iştirakı olmadan barəsində əsassız protokol tərtib edilmişdir. Bütün bunların nəzərə alınaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən tərtib edilmiş 03 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. O cümlədən bununla bağlı məhkəməyə hər hansı bir material təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X9 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyinin Agentliyi Bakı Regional Bölməsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən tərtib edilmiş 03 avqust 2023-cü il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən X4 tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın surətindən aydın olur ki, İD ********** nömrəli müraciət əsasında idxal edilmiş məhsullara dair sınaq protokolu təqdim edilməmişdir. Nəticədə vəzifəli şəxs X9 İXM-nin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə ona 4000 (dörd min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 10 (on) gün müddət müəyyən olunmuşdur. X5 məhkəməyə təqdim etdiyi Qaradağ rayon İcra Şöbəsindən ona ünvanlanmış “tələbin könüllü icrası haqqında” 09 oktyabr 2023-cü il tarixli bildirişin surətindən aydın olur ki, şikayətçi 10 oktyabr 2023-cü il tarixdə barəsində qəbul edilmiş inzibati qərarla tanış olmuşdur. X5 məhkəməyə təqdim etdiyi və X2 Bakı Regional Bölməsindən əldə etdiyi sürətli poçt xidmətinin qaiməsindən aydın olur ki, ona ünvanlanmış bildiriş (barəsində qəbul edilmiş inzibati qərara dair) 04 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, “X10” otaq 302-yə göndərilmiş və 08 avqust 2023-cü il tarixdə Abdullayeva soyadlı şəxs tərəfindən qəbul edilmiş, həmin şəxsin X8 ilə bağlılığı (işçisi, ailə üzvü və s. olması) müəyyən olunmamışdır. Göründüyü kimi şəxsin barəsində çıxarılmış inzibati qərarı şəxsən alması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası X2 Bakı Regional Bölməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün xüsusi əhəmiyyətə malik olan, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi “idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara” aid edildiyindən inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi 28 sentyabr 2022-ci il tarixdə baş versə də, şəxsin barəsində inzibati protokol 25 iyul 2023-cü il tarixdə, yəni 10 (on) ay sonra tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X9 barəsində İXM-nin 53.0.6-cı maddəsinə əsasən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində şərti olaraq inzibati cərimə tətbiq edilməsinə dair X2 Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 03 avqust 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar