Məhkəmə qərarları › İş №3(002)-2207/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2207/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2207/2023 16.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-1576/2013 saylı, 13 sentyabr 2013-cü il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 1576/2013 saylı, 13 sentyabr 2013-cü il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada 2747,33 manat əsas kredit borcu, 245,52 manat əsas məbləğə hesablanmış faiz borcu, 77.77 manat hər gecikdirilmiş günə görə cəmi 6.50 manat, müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərcləri, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu, cəmi 3107,12 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 18 oktyabr 2013-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmiş, həmçinin borclu Qaradağ rayon İcra Şöbəsinə dəvət olunmuş və inzibati məsuliyyəti ona izah olunmuşdur. Borclu Şəxs “Azfen” birgə müəssissəində işlədiyi üçün 06 yanvar 2016-cı il tarixdə qətnamə icra olunması üçün “Azfen” birgə müəssisəsinə göndərilmiş, məhkəmə qərarının icrasının təmin olunması məqsədilə borclu Şəxs aylıq əmək haqqından borc ödənilənədək hər ay 50 faiz miqdarında pulun tutularaq icra sənədinə əlavə edilmiş hesaba köçürülməsi xahiş olunmuşdur. Lakin borclu Şəxs ona məlum olmayan səbəbdən işdən çıxdığı üçün əmək haqqından tutulmalar aparıla bilməmişdir. Daha sonra borclu, Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilsə də, şəxsən özü ilə əlaqə saxlanılsa da o icra şöbəsinə gəlməmiş və bunun səbəbləri barədə də heç bir məlumat verməmişdir. Buna görə də onun yerini müəyyən etmək mümkün olmadığından 01 sentyabr 2022-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmiş və icra olnması üçün Qaradağ RPİ-yə göndərilmişdir. 16 oktyabr 2023-cü il tarixdə, yəni bu gün borclu polis orqanları vasitəsilə icra şöbəsinə gətirilmişdir. Borclu inidiyədək borcundan heç bir ödəniş etməmiş, icra məmurunun çağırışlarına cavab verməmiş və nəticədə bu günə 3107.12 manat məbləğində borc yığılmışdır. Tələbkar "xxxx" QSC-dən alınan məlumata əsasən borclunun banka heç bir ödəniş etmədiyi müəyyən edilmişdir. Buna görə də borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 16 oktyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. İcra məmuru öz izahatında borclu Şəxsnın barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, yuxarıda qeyd olunan qətnamə üzrə əsas borclu X3r. O yalnız zamin kimi iştirak etmişdir, buna görə də hesab etmişdir ki, borc X6 tərəfindən ödənilməlidir. Hal hazırda subay olmaqla heç bir yerdə işləmir. Hal-hazırda borcundan ödəniş etmək üçün heç bir imkanının olmadığını, icra məmurunun çağırışlarına üzürlü səbəblərdən gələ bilmədiyini bildirərək iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan 2013-cü il tarixdən məlumatlı olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. Bundan başqa icra məmurunun çağırışlarına da məhəl qoymaraq gəlməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 16 oktyabr 2023-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar