Məhkəmə qərarları › İş №3(002)-2209/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2209/2023

16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2209/2023 16.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta ixtisas təhslli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında iş üzrə materialda göstərilmişdir ki, Şəxs xx.xx.2010-cu il təvəllüdlü X6 ilə iddiaçı X1 hər həftənin şənbə günü saat 14.00-dan 18.00-dək ünsiyyət hüququnun müəyyən edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 2(103)-793/2017 saylı, 25 yanvar 2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN ******* saylı, 16 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X8 məhkəmə iclasında bildirmişdir ki, icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır.Borclu bir necə dəfə uşaqla birlikdə şöbəyə gəlsə də , X6 atası ilə görüşməkdən imtina etmişdir.İcra sənədinin icrası ilə bağlı borclu yenidən şöbəyə dəvət edilmiş, lakin icra sənədinin icrasına şərait yaratmamış və uşağı şöbəyə gətirməmişdir. Bununla da, borclu Şəxs icra sənədinin icrasına maneə yaratdığından öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərini özündə əks etdirən inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxsnun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, icra sənədinin icrasından imtina etmir.Belə ki, övladı X3 atası X2 ilə ünsiyyətini təmin etmək məqsədilə dəfələrlə Qaradağ rayon İcra şöbəsinə aparmış, lakin oğlu X6 atası ilə görüşməkdən imtina etmişdir.Buna görə də şöbəyə psixoloq dəvət edilmiş və psixoloq görüşə hazır olanadək oğlu X5 vaxt verilməsini tövsiyyə etmişdir.Bundan sonra oğlunu dəfələrlə görüşə aparmaq istəsə də oğlu Hüseyn buna etiraz etmiş və atası ilə görüşməyəcəyini, görüşə aparılarsa evdən qaçacağını bildirmişdir. Sonuncu dəfə icra məmuru uşağı görüşə gətirməsi barədə ona məlumat verəndən sonra bu barədə oğlu Hüseynə bildirmiş və o, atası ilə görüşməyəcəyini və buna görə heç yerə getməyəcəyini bildirmişdir.Buna görə də o, oğlu Hüseyinin psixoloji gərginlik keçirməməsi üçün onu icra şöbəsinə aparmağa məcbur edə bilməmişdir.Çünki Hüseyn hər dəfə görüşə gedəndən sonra psixoloji gərginlik keçirir və dərslərini etməkdə çətinlik çəkir.Barəsində tərtib edilmiş inzibati protokolla razı deyil və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X6 bildirmişdir ki, anası dəfələrlə onu atası ilə görüşə aparmaq istəsə də o, bundan imtina edir.Belə ki, o atası ilə görüşmək istəmir və istəməyəcəkdir. Əvvəllər onunla görüşən zaman atası ona yaxşı davranmamış, onunla pis rəftar etmişdir və buna görə də onu görmək istəmir. Əvəllər görüşdən gələndən sonra burnundan qan açılmış və bir həftə dərslərindən yayınmışdır. Görüşə getməməsi ilə bağlı anasının heç bir günahı yoxdur, bu onun şəxsi istəyidir.Əksinə məcburi görüşə apardığı üçün anası ilə mübahisə də etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati protokol tərtib edilərkən Şəxs icra sənədini icra etmək imkanına sahib olub-olmadığı araşdırılmamış və onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi barədə səhv qənaətə gəlinmişdir. Belə ki, Şəxs qəsdən olaraq icra sənədinin icrasından boyun qaçırmamış, icra məmuru X4 izahatında göründüyü kimi X6 atası ilə ünsiyyətin qurulması məqsədilə anası Şəxs tərəfindən icra şöbəsinə gətirilmiş, lakin X6 atası ilə görüşməkdən imtina etmiş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Bununla da məhkəmə araşdırması zamanı borclu Şəxs qəsdən olaraq icra səndinin icrasından qərəzli şəkildə boyun qaçırması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxsnun əməlində icra sənədini üzürsüz səbəbdən qərəzli şəkildə icra etməməklə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar